• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Polkovnik-leytenant: İntellektual qabiliyyətli bölmələrin yaradılması Ordumuzun müasirləşməsi istiqamətində sıçrayışın təzahürüdür

Cəmiyyət

21-10-2024, 16:02

Bakı, 21 oktyabr.

Çox uzaq keçmişdə deyil, bir neçə il əvvəl filmlərdə izlədiyimiz reallaşması qeyri-mümkün hesab etdiyimiz fantastik yeniliklər artıq dövrümüzün reallığıdır, gündəlik həyatımızda öz təsdiqini tapır və tətbiq edilir. Bütün sahələrdə olduğu kimi, qlobal miqyasda elmi-texniki tərəqqidə sıçrayışın məhsulu olan texnoloji yeniliklər hərbi sistemdə, ordu quruculuğu və təhlükəsizlik sektorunda da geniş istifadə olunur. Ənənəvi döyüşlər, peşəkar heyətlər tərəfindən idarə olunan zirehli döyüş texnikalarının tətbiqi ilə icra olunan hərbi əməliyyatlar artıq tarixə dönür.

Bunu açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov deyib.

Hərbi jurnalist qeyd edib ki, əvvəllər əvəzolunmaz hesab edilən döyüş taktikaları sürətlə dəyişir. Köhnə silah və texnikanın yerini lazer, kompüter müdaxilələri, biotexnoloji partlayış, hipersəs sürətli silahlar, zəkalı dron sürüləri, nanotexnoloji elementlər, pilotsuz döyüş texnikaları, hətta özü qərarlar qəbul etməyi bacaran döyüş robotları tutur. Bu gün artıq hərbi əməliyyatlar zamanı xüsusi tapşırıqların icrası deyərkən, ilk növbədə, hər kəsin yadına döyüş meydanında praktiki fəaliyyət göstərən fiziki və mənəvi cəhətdən güclü xüsusi təyinatlılar, eləcə də yüksək texnologiyalar, müasir pilotsuz uçuş aparatları, xüsusi müşahidə-izləmə vasitələri ilə onlara dəstək olan mütəxəssislər düşür.

“İlk olaraq onu qeyd etmək lazımdır ki, “xüsusi tapşırıqlar” icra etmək məqsədilə belə bölmələrin yaradılması Müzəffər Ali Baş Komandanın göstərişinə əsasən hərbi quruculuq sahəsində aparılan uğurlu islahatlar sayəsində qüdrətlənən Ordumuzun daha da müasirləşməsi istiqamətində sıçrayışın və hərbi xidmətkeçmə ilə bağlı tam fərqli konseptual yanaşmanın təzahürüdür.

Hibrid döyüş əməliyyatlarında bəzən böyük hərbi güc tətbiq etmədən sadəcə dövlətin kritik elektron infrastrukturlarına kompüterlər vasitəsilə müdaxilələr edərək istənilən əhəmiyyətli informasiyaları ələ keçirməklə dövlətin təhlükəsizliyinin təhdid altına alınması müasir dövrün reallığıdır. Günümüzün bu reallığı da, təbii olaraq, Azərbaycanın Ordu quruculuğu prosesində nəzərə alınmalıdır və alınır. Əminəm ki, haqqında danışdığımız istiqamətdə uğurlarımız da yetərincədir. Yeni nəsil texnologiyaların, döyüş vasitələrinin tətbiqi ilə bağlı qabaqcıl təcrübə öyrənilməklə yanaşı, bütün bu texnologiyaları peşəkarlıqla tətbiq etməyi və xüsusi tapşırıqları yerinə yetirməyi bacaran mütəxəssislərin aşkar edilməsi, yetişdirilməsi və onların əməyindən səmərəli istifadə olunması istiqamətində Azərbaycan Ordusunda planlı addımlar atılır.

Düşünürəm ki, Milli Müdafiə Universitetinin nəzdində İntellektual qabiliyyətli bölmənin yaradılması da məhz texniki tərəqqi istiqamətindəki hədəflərimizə çatmaq məqsədi daşıyır. Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya əsasında yaradılan həmin bölmələrdə xidmət edən yüksək intellektə malik, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaqla, onların öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunması, eyni zamanda, onların karyera inkişafına töhfə verilməsi təmin ediləcək”, - deyə İ. İsmayılov bildirib.

Ehtiyatda olan zabit qeyd edib ki, bu bölmələrin yaradılması müasir texnologiyaları və fərqli yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik gənclərin hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmalarının təmin olunması sayəsində yüksək intellektə malik, informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olan, rəqəmsal bacarıqları inkişaf etmiş insan kapitalının formalaşdırılmasına da əhəmiyyətli töhfə verəcəkdir. Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərəcək İntellektual qabiliyyətli bölmələrdə xidmət dövründə istedadlı gənclər ali təhsil müəssisələrində qazandıqları bilikləri praktiki icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcək və qazanacaqları təcrübə sayəsində Vətənə faydalı olacaqlar.

Təbii ki, bu gün cəmiyyətdə çoxlarını “İntellektual qabiliyyətli bölmələrdə yeni imkanların yaradılması nə kimi fayda verəcək və xüsusi bacarığa malik bu gənclər hansı tapşırıqları yerinə yetirəcək?” kimi suallar maraqlandıra bilər. Bu mövzuya toxunan ehtiyatda olan polkovnik-leytenant hesab edir ki, həmin gənclər yeni nəsil pilotsuz uçuş aparatlarının yaradılması, lazer silahlar və nanotexnogiyalar sahəsində kreativ ideyaların ortaya qoyulması, yeni texnoloji vasitələrə, avtomatik idarəetmə sistemlərinə texniki xidmətin göstərilməsi, həmçinin hərbi texnikanın robotlaşdırılması prosesində böyük uğurlara imza ata bilərlər.

Hərbi jurnalistin fikrincə, yüksək intellektə malik həmin gənclərdən faydalanaraq süni intellekt əsasında işləyən neyroşəbəkə vasitəsilə audiovizual materialların emalı, qlobal internet şəbəkəsinin monitorinqi və hesabatların hazırlanması, məxfilik rejiminin qorunmasını təmin edən milli mesajlaşma mübadilə sistemlərinin, media paylaşım şəbəkələrinin hazırlanması kimi sahələrdə uğurlu layihələr həyata keçirmək mümkündür. İntellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilən gənclərin istedad və bacarığı sayəsində Azərbaycan Ordusu üçün milli kompüter proqramlarının və tətbiqlərin, sosial şəbəkə platformalarının hazırlanması və beynəlxalq sistemə inteqrasiyası, həmçinin kriptoqrafiya sahəsində də mühüm uğurlara nail olmaq mümkündür. Eyni zamanda, yüksək istedada malik, intellektual qabiliyyətli gənclərdən döyüş texnikası, hava hücumundan müdafiə və aviasiya vasitələri, simulyasiya mərkəzləri üçün müxtəlif proqramların yazılması və tətbiqi sahəsində, həmçinin kompüter dəstəkli təlimlərin hazırlanması və keçirilməsində də faydalanmaq mümkündür.

“Fəxr edirik ki, ölkəmizdə bu sahədə yetərincə istedadlı, yüksək intellektual qabiliyyətli gənclər yetişməkdədir. Azərbaycanda və Türkiyədə keçirilən “Texnofest” müsabiqələrində hərbi qulluqçularımızın və istedadlı gənclərimizin uğurla iştirak edərək mükafata layiq yerlər tutmaları buna bariz nümunədir.

Bildiyimiz kimi, müasir texnologiyalarla bağlı layihələrin icrası və ordu quruculuğu prosesində tətbiqi böyük iqtisadi imkanlar tələb edir. Ölkəmizin iqtisadi qüdrəti hərbi qüdrətimizin güzgüsüdür. Qürurverici məqamdır ki, dövlətimizin iqtisadi qüdrəti hərbi qüdrətimizin yüksəlməsində uğurla əks olunur. Əminəm ki, bundan sonra da bu istiqamətdə qələbələrimiz, nailiyyətlərimiz bizi sevindirəcək və İntellektual qabiliyyətli bölmələrdə xidmət edən gənclərimizin də bu uğurlarımızda payı yüksək olacaqdır. Elm və texnikanın ən son nailiyyətlərindən effektiv istifadə edən ordular gələcəyin qüdrətli ordusu olacaqdır. Bu qüdrətli ordular sırasında Azərbaycan Ordusu da mütləq olacaqdır”, - deyə hərbi jurnalist bildirib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-09-2024, 22:11

“ADEX 2024” kimi tədbirlər müdafiə qüdrətimizin daha da gücləndirilməsinə müsbət töhfələr verir – EKSPERT ŞƏRHİ

Cəmiyyət

13-09-2024, 11:00

İsveçrə qəzetində Azərbaycanda ordu quruculuğundan bəhs edilən məqalə dərc olunub

Cəmiyyət

18-05-2024, 10:34

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Cəmiyyət

6-09-2024, 21:57

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb

Cəmiyyət

11-05-2024, 16:41

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə