• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdi” – Qubadlı əməliyyatının iştirakçıları danışır

Cəmiyyət

25-10-2024, 10:47

Şəhərin işğaldan azad edilməsinin dördüncü ildönümüdür

Bakı, 25 oktyabr.

Vətən müharibəsində ən qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri də Qubadlı rayonudur. Buna səbəb rayonun əsasən dağlıq ərazidə yerləşməsidir. Qubadlıda hündürlüyü min metrdən 2 min metrədək olan bir neçə dağ zirvəsi var. Bu yüksəkliklər uzun illər Qubadlı rayonunu işğalda saxlayan düşmən qüvvələrinə böyük strateji üstünlük verirdi. Bütün bunları nəzərə alan peşəkar hərbçilərimiz yuxarı komandanlığın incəliklə hazırladığı əməliyyat planının icrasına başladı. Plana əsasən ilk növbədə rayon ərazisindəki dağ zirvələrinin, strateji yüksəkliklərin düşməndən təmizlənməsi tapşırığı verilmişdi.

Oktyabrın 23-də Qubadlı rayonunun dörd kəndi artıq işğaldan azad olunmuşdu. Sonrakı günlərdə də yüksək döyüş ruhu, qələbə əzmi nümayiş etdirən bölmələrimiz igidliklə vuruşmağa davam edirdi. Nəticədə, Vətən müharibəsinin iyirmi doqquzuncu günündə, oktyabrın 25-də Azərbaycan Ordusu rayonun daha bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi.

Qubadlı uğrunda döyüşlərdə düşmən xeyli sayda canlı qüvvə, silah-sursat, hərbi texnika itirdi. Həmçinin, xeyli silah-sursat, tank və artilleriya qurğuları qənimət olaraq götürüldü.

Qubadlı şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə Müdafiə Nazirliyi strateji əhəmiyyətə malik olan, ağır döyüşlərin getdiyi Qartiz dağı və ətraf yüksəkliklərə mediatur təşkil edib.

Əməkdaşlar mediatur çərçivəsində Qubadlı rayonuna səfər edərək hərbi qulluqçularla həmsöhbət olublar.

Qubadlının işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri deyib ki, rayon istiqamətində əks-hücum əməliyyatı 2020-ci il oktyabrın 13-dən 14-nə keçən gecə başlayıb: “Qısa zamanda ətrafdakı bir neçə strateji yüksəklik və ən hündür zirvələrdən biri olan Qartiz dağı düşməndən təmizləndi və bölmələrimiz orada tərtiblənərək düşmənin ehtimal edilən əks həmlələrinin qarşısını almağa hazır oldu. Bundan sonra əks-hücumu inkişaf etdirdik, rayon ərazisində bir neçə əlverişli yüksəkliklərə çıxmağa nail olduq. Sonrakı günlərdə Ermənistan ordusunun bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdi. Lakin düşmənə qarşı uğurlu əməliyyatlar nəticəsində hər dəfə onları geri çəkilməyə məcbur etdik”.

Digər müsahibimiz isə həmin günlərdə artıq düşmən ordusunun əsgər və zabitlərinin döyüşə girməkdən imtina etdiyini, silah-texnikanı ataraq qaçdıqlarını bildirib: “Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini və yaşayış məntəqələrimizin azad edilməsi ilə bağlı təbriklərini böyük sevinclə, ruh yüksəkliyi və coşqu ilə qarşılayırdıq. Fəxr edirəm ki, bu qələbədə mənim də payım var. Azad etdiyimiz ərazilərimizdə vüqarla dalğalanan Bayrağımıza qürur hissi ilə baxırıq. Şadam ki, təkcə Qubadlı deyil, digər ərazilərimiz də düşmən işğalından azad edildi, suverenliyimiz tam bərpa olundu. Bütün səhidlərimizi ehtiramla yad edirəm. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir diləyirəm. Torpaqlarımızın azadlığı naminə döyüşlərdə yaralanan silahdaşlarımıza isə sağlamlıqlarını bərpa edərək firavan həyat sürməyi arzulayıram”.

Hərbi ekspert Azər Bayramov Qubadlının işğaldan azad olunmasını müharibənin müqəddəratını həll edən mühüm həmlələrdən biri kimi qiymətləndirib: “Bu şanlı Qələbə düşmənin döyüş əzminin qırılmasına və onlarda ruh düşkünlüyünün yaranmasına səbəb oldu. Qubadlının azad olunması Laçın dəhlizinin nəzarət altına götürülməsinə şərait yaratdı. Bu da düşmənə gələn təminat-təchizatın tamamilə kəsilməsi ilə nəticələndi. Şuşaya digər istiqamətdən irəliləyən bölmələrimizin yolunu açdı”.

Bəli, Qubadlının azadlığı Zəfərə doğru atılan daha bir addım idi. İndi Azərbaycan Ordusunun hərbçiləri bütün azad edilən ərazilərimiz kimi, Qubadlıda da xidmətini qürurla yerinə yetirir. Müharibədən sonrakı dövrdə də, təlimlər keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Əminliklə deyə bilərik ki, tarixi ədalətin bərpa olunduğu bu torpaqlara bir də düşmən ayağı dəyməyəcək. Bu Zəfəri bizə yaşadanları xalqımız daim xatırlayacaq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-10-2024, 10:44

Bu gün Qubadlı Şəhəri Günüdür

Siyasət

24-10-2024, 12:37

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Siyasət

23-10-2024, 14:33

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət

3-10-2024, 11:10

Suqovuşan və Talışın işğaldan azad edilməsindən dörd il ötür

Cəmiyyət

18-10-2024, 09:47

27 il işğal altında qalan Xudafərin körpüsü bir gündə azad olundu

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:22
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
  • Сегодня, 11:18
    Bu gün Qubadlı Şəhəri Günüdür
  • Вчера, 13:13
    Xivədə gənclərin mədəni dialoq və innovativ gələcəyin qurulmasındakı rolundan danışılıb
  • Вчера, 13:11
    Azərbaycan səfiri etimadnaməsini Belçikalıların Kralına təqdim edib
  • Вчера, 13:08
    Bu gün Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
  • 23-10-2026, 12:14
    Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
  • 23-10-2026, 12:10
    AMEA VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır
  • 23-10-2026, 12:07
    ® Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
  • 22-10-2026, 16:36
    QHT-lər üçün yeni qrant müsabiqəsi elan olunub
  • 22-10-2026, 16:32
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək
  • 22-10-2026, 12:05
    Vətən müharibəsinin xronikası: 22 oktyabr
  • 22-10-2026, 12:01
    ® Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
  • 22-10-2026, 11:57
    TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir - ŞƏRH
  • 22-10-2026, 11:53
    Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub
  • 21-10-2026, 13:03
    “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 21-10-2026, 13:00
    Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 21-10-2026, 12:57
    Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
  • 21-10-2026, 12:53
    Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
  • 20-10-2026, 17:41
    QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir
  • 20-10-2026, 17:37
    Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb
  • 20-10-2026, 17:34
    DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
  • 20-10-2026, 11:32
    Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
  • 20-10-2026, 11:30
    Bu gün Zəngilan Şəhəri Günüdür
  • 20-10-2026, 11:24
    Fərid Şəfiyev: Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
  • 19-10-2026, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • 19-10-2026, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • 19-10-2026, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • 19-10-2026, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • 18-10-2026, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • 18-10-2026, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • 18-10-2026, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə