• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

27 il işğal altında qalan Xudafərin körpüsü bir gündə azad olundu

Cəmiyyət

18-10-2024, 09:47

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
27 il işğal altında qalan Xudafərin körpüsü bir gündə azad olundu
18.10.2024 [09:30]
27 il işğal altında qalan Xudafərin körpüsü bir gündə azad olundu
Bakı, 18 oktyabr.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, işğalçılar torpaqlarımızdan qovuldu. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti var. 2020-ci il oktyabrın 18-də isə Cəbrayıl rayonunun tarixi Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizləndi.

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız onun gec-tez işğaldan azad olunacağına inanırdı.
2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda, oktyabrın 18-də isə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldılıb. Qarabağda parlaq qələbələr qazanan rəşadətli ordumuz bu dəyərli abidəni əsl sahibinə qaytarıb. Bununla bağlı Prezident İlham Əliyev tviter hesabında paylaşımında bu sözləri yazmışdı: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan Bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi respublikamızın dövlət sərhədlərinin tam bərpası üçün son dərəcə önəmli hadisədir.

İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki “Soltanlı”, “Xələfli”, “Xudafərin” və “Qumlaq” sərhəd zastavaları üzərində 2020-ci il oktyabrın 30-da Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət daşıması, İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə faydalı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, hər iki ölkənin sərhədçilərinin dövlət sərhədində qarşılıqlı əlaqələri və birgə fəaliyyəti sərhəd təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb edib.

İkinci Qarabağ müharibəsindən əvvəl Cəbrayıl rayonunun Kavdar və Mirək kəndləri istiqamətində düşmənin üçüncü səddi yerləşirdi. Bu sədd Araz boyunda - Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətindən başlayaraq rayonun yuxarı hissəsindəki adsız yüksəkliklərə doğru davam edirdi. Həmin sədd düşmənin arxada qalan digər ehtiyat hərbi hissələrinin, silah-sursatlarının, texnikalarının daha çox cəmləşdiyi eşelon idi. Burada erməni əsgərləri daha gücləndirilmiş formada xidmət aparırdı. Üçüncü sədd irəliləyən Azərbaycan bölmələrinin qarşısının alınması üçün yaradılmışdı. Müharibənin ilk günlərində düşmənin birinci və ikinci sədləri yarılmışdı. Amma üçüncü səddə düşmən daha çox müqavimət göstərdi. Buna baxmayaraq, Ordumuzun döyüş qabiliyyəti, hazırlığı, torpaqlarımızın azadlığı uğrunda əzmi və fədakarlığı sayəsində düşmənin üçüncü səddi də keçildi. Kiçik qruplarımız düşmənin üçüncü səddindəki əsgərləri elə səngərdə məhv etdilər.

Xudafərin körpüsünə doğru irəlilədikcə, həmçinin müəyyən strateji nöqtələr də düşməndən azad olundu. Aparılan sızma əməliyyatı zamanı strateji yüksəkliklərdə düşmənlə toqquşmalar yaşandı. Lakin düşmən hərbçiləri qruplarımız tərəfindən məhv edildi. Sonra bölmələrimiz Xudafərin körpüsünə doğru irəlilədi və müəyyən istiqamətlərdə mövqeləndi. Ərazidə tam müşahidə apardıqdan və təhlükəsizliyi təmin etdikdən sonra qruplarımız daha dərinə sızmağa başladılar. Düzgün taktika nəticəsində əməliyyat uğurla yekunlaşdı. 27 ildir işğal altında qalan Xudafərin körpüsü bir gün ərzində azad edildi.

Xudafərin körpüsü ölkəmiz üçün əsrlər boyu böyük mənəvi əhəmiyyətə malik tarixi abidə olub. Bu körpü Arazın hər iki sahilində yaşayan azərbaycanlıların bir-biri ilə əlaqəsini təmin edən möhtəşəm sənət əsəridir. Həmin tarixi abidəmizin düşmənin işğalı altında qalması xalqımız üçün qəbuledilməz idi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da Vətən müharibəsi başa çatandan cəmi altı gün sonra məhz Cəbrayıl rayonuna səfər etməsi, Xudafərin körpüsündə Azərbaycan Bayrağının qaldırılması da bu ərazilərin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Xudafərinin azad olunması Azərbaycan Ordusunu gücləndirdi, onun mənəvi-psixoloji ruh yüksəkliyini daha da artırdı. Bu ərazilər azadlığa qovuşduqdan sonra həm DSX-nin, həm də Silahlı Qüvvələrimizin digər qoşun növlərinin savaşdakı hücum templəri kifayət qədər artdı.

Döyüşlərdən sonra Prezident İlham Əliyev tərəfindən Xudafərin körpüsünün azadlığında iştirak etmiş bir sıra hərbi qulluqçumuz “Bayraq” ordeni, eləcə də “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə mükafatlandırılıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-10-2024, 09:10

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Siyasət

19-05-2024, 17:03

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Siyasət

28-05-2024, 22:43

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Cəmiyyət

27-09-2024, 10:18

27 Sentyabr - Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

İqtisadiyyat

22-05-2024, 15:30

Bakıda 230 metr uzunluğunda unikal piyada körpüsü inşa edilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:21
    Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
  • Сегодня, 15:18
    Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Сегодня, 15:16
    Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
  • Сегодня, 11:56
    Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi
  • Сегодня, 11:52
    Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
  • Сегодня, 11:49
    Niderlandın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
  • Сегодня, 11:47
    Hərbi Tibb fakültəsində keçirilən “Tibbi ingilis dili” kursunun ikinci modulu başa çatıb
  • Вчера, 11:22
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
  • Вчера, 11:18
    Bu gün Qubadlı Şəhəri Günüdür
  • 24-10-2026, 13:13
    Xivədə gənclərin mədəni dialoq və innovativ gələcəyin qurulmasındakı rolundan danışılıb
  • 24-10-2026, 13:11
    Azərbaycan səfiri etimadnaməsini Belçikalıların Kralına təqdim edib
  • 24-10-2026, 13:08
    Bu gün Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
  • 23-10-2026, 12:14
    Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
  • 23-10-2026, 12:10
    AMEA VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır
  • 23-10-2026, 12:07
    ® Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
  • 22-10-2026, 16:36
    QHT-lər üçün yeni qrant müsabiqəsi elan olunub
  • 22-10-2026, 16:32
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək
  • 22-10-2026, 12:05
    Vətən müharibəsinin xronikası: 22 oktyabr
  • 22-10-2026, 12:01
    ® Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
  • 22-10-2026, 11:57
    TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir - ŞƏRH
  • 22-10-2026, 11:53
    Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub
  • 21-10-2026, 13:03
    “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 21-10-2026, 13:00
    Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 21-10-2026, 12:57
    Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
  • 21-10-2026, 12:53
    Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
  • 20-10-2026, 17:41
    QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir
  • 20-10-2026, 17:37
    Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb
  • 20-10-2026, 17:34
    DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
  • 20-10-2026, 11:32
    Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
  • 20-10-2026, 11:30
    Bu gün Zəngilan Şəhəri Günüdür
  • 20-10-2026, 11:24
    Fərid Şəfiyev: Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
  • 19-10-2026, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • 19-10-2026, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • 19-10-2026, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • 19-10-2026, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə