• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qubadlının azadlığa qovuşması cəsarətin, Qələbə əzminin və peşəkarlığın nəticəsidir

Cəmiyyət

25-10-2024, 19:55

Bakı, 25 oktyabr.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindəki Qələbəmizdən danışarkən Qubadlının işğaldan azad edilməsi naminə gedən döyüşlərə də xüsusi diqqət ayrılmalıdır. 44 günlük haqq savaşımızda ən qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri də həmin rayondur.

Rayon əsasən dağlıq ərazidə yerləşdiyindən burada hündürlüyü 1000-2000 metrdən yüksək olan bir neçə dağ zirvəsi var. Qubadlı rayonunu uzun illər işğalda saxlayan erməni silahlı birləşmələrinin buradakı yüksəkliklərdə yerləşməsi və bunun nəticəsində nail olduğu böyük strateji üstünlüklər düşmən qüvvələrinə güclü müqavimət göstərə bilmək imkanı verirdi. Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandanın əks-hücum əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Ordumuzun şəxsi heyəti cəsarətlə, qorxmadan vuruşdu, düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur etdi.

Bu fikirləri Qubadlının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov bildirib.

Vətən müharibəsinin getdiyi günləri xatırlayan hərbi jurnalistin fikrincə, Qubadlının əsasən dağlıq ərazi və strateji yüksəkliklərdən ibarət olduğunu nəzərə alan yuxarı komandanlığın hazırladığı əməliyyat planına əsasən, ilk növbədə, rayon ərazisindəki dağ zirvələrinin, strateji yüksəkliklərin düşməndən təmizlənməsi tapşırığının verilməsi faktı xüsusi olaraq vurğulanmalıdır.

“Qubadlı uğrunda döyüşlərdə Ordumuzun dəqiq zərbələri nəticəsində düşmən xeyli sayda canlı qüvvə, silah-sursat və hərbi texnika sarıdan itkilər verdi. Ordumuzun qarşısında tab gətirə bilməyən düşmən bir sıra mühüm yüksəkliklərdən və digər mövqelərdən geri çəkilməyə məcbur edildi. Artıq Ordumuzun şəxsi heyətinin döyüş əzmini real olaraq öz üzərində hiss edən düşmən döyüşə girməkdən imtina etməyə də başlamışdı, öz silah-texnikasını ataraq qaçırdı. Qubadlının azad edilməsi uğrunda döyüşlərdə düşmənin xeyli sayda silah-sursatı, tank və artilleriya qurğuları, digər hərbi vasitələri qənimət olaraq götürüldü”, - deyə o əlavə edib.

Hərbi jurnalist qürurla qeyd edib ki, oktyabrın 23-də artıq Qubadlı rayonunun 4 kəndi işğaldan azad olundu. Sonrakı günlərdə də yüksək döyüş ruhu, qələbə əzmi nümayiş etdirən bölmələrimiz Vətən müharibəsinin 29-cu günü, oktyabrın 25-də Qubadlı rayonunun bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi. Şəhərin mərkəzində Azərbaycan Bayrağı qaldırıldı və Ali Baş Komandana məruzə edildi. Qubadlının azad edilməsi barədə Prezidentin özünün rəsmi tviter səhifəsində paylaşdığı təbrik və Qələbə müjdəsi bütün xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Füzulinin azad edilməsindən sonra ikinci böyük qələbəmizi xalqımız böyük coşqu ilə qeyd etdi. Prezident İlham Əliyevin Fərmanına əsasən 25 Oktyabr - Qubadlı Şəhəri Günü kimi təsis edildi.

O bildirib ki, sonrakı günlərdə də artıq mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə sarsıdıcı zərbələr vuruldu və torpaqlarımızın azad edilməsi uğrunda döyüşlər davam etdi: “Bu gün qürur hissi ilə deyə bilərəm ki, digər döyüşlərdə olduğu kimi, Qubadlı istiqamətində də Ordumuzun nümayiş etdirdiyi igidlik və peşəkarlıq düşmənin canına qorxu saldı. Bu döyüşlərdəki uğurumuz digər istiqamətlərdəki qələbələrimizə stimul oldu.

“Digər yurd yerlərimizin azad edilməsində olduğu kimi, Qubadlı rayonunun azad edilməsi uğrunda igidliklə vuruşan silahdaşlarımızın əməyinin Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilməsi, onlara fəxri adların verilməsi, orden və medallara layiq görülməsi minnətdarlıq hissi doğuran məqamdır və daima xüsusi olaraq vurğulanmalıdır.

Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin qələbə müjdəli müraciətlərini, paylaşımlarını xalqımız səbirsizliklə gözləyirdi və izdihamla qeyd edirdi. Vətən müharibəsində Qələbəmizdən 4 il ötür. Əminəm ki, yüz illər ötsə belə, şanlı Zəfərimizdə əməyi olanlar heç vaxt unudulmayacaq, ölkəmizin azadlığı və suverenliyi yolunda canından keçən soydaşlarımızın xatirəsi daima ehtiramla anılacaq”, - deyə o fikrini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-10-2024, 10:47

“Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdi” – Qubadlı əməliyyatının iştirakçıları danışır

Cəmiyyət

25-10-2024, 10:44

Bu gün Qubadlı Şəhəri Günüdür

Siyasət

23-10-2024, 14:33

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Siyasət

25-10-2024, 10:26

Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunması ilə bağlı paylaşım edib

Siyasət

24-10-2024, 12:37

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Вчера, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • Вчера, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • Вчера, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • Вчера, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • Вчера, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • Вчера, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • Вчера, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • Вчера, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • Вчера, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • Вчера, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • Вчера, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • 4-07-2026, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • 4-07-2026, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • 4-07-2026, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • 4-07-2026, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
  • 4-07-2026, 11:43
    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb
  • 4-07-2026, 11:41
    Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
  • 3-07-2026, 14:23
    Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
  • 3-07-2026, 11:00
    Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 3-07-2026, 10:57
    Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair bu ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb
  • 3-07-2026, 10:54
    Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 2-07-2026, 15:31
    Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq
  • 2-07-2026, 12:52
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası
  • 2-07-2026, 12:47
    Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
  • 2-07-2026, 12:44
    Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
  • 2-07-2026, 11:13
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
  • 2-07-2026, 10:06
    Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ
  • 2-07-2026, 09:44
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
  • 2-07-2026, 09:41
    İyulun 2-si Azərbaycan Polisi Günüdür
  • 1-07-2026, 12:45
    Bakı Mühəndislik Universitetində 1142 tələbə məzun olub
  • 1-07-2026, 12:43
    İnzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları təşkil ediləcək
  • 1-07-2026, 12:42
    Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan təşkil ediləcək
  • 1-07-2026, 12:39
    Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib
  • 1-07-2026, 12:37
    Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə