Bakı, 7 dekabr.
Dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat veriblər. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.