• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

Cəmiyyət

27-12-2024, 15:07

Bakı, 27 dekabr.

Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna bu il oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Oktyabrın 23-də Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata bu barədə açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilmiş və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılıb, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib.

Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülmüş, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınmış, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilmişdir) təsdiq edilmişdir. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilib. Lakin, müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib.

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olub. Belə ki, Ermənistan tərəfi ehtimal edib ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirib.

Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.

Azərbaycan Respublikasının həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2024, 20:00

İtkin düşmüş şəxslərə həsr edilmiş beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

Cəmiyyət

4-04-2024, 13:52

Dövlət Komissiyası: Ermənistanın mina terroru məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına ciddi maneə yaradır

Hadisə

25-04-2024, 17:06

Xocalıda insan qalıqları aşkarlanıb

Cəmiyyət

21-10-2024, 16:50

Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış itkinlərin ailələrinə müraciət edib

Cəmiyyət

3-08-2024, 14:08

Dövlət Komissiyası aidiyyəti qeydiyyatdan kənarda qalmış şəxslərlə bağlı məlumatların və DNT nümunələrinin verilməsi barədə əhaliyə müraciət edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • Сегодня, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • Сегодня, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • Сегодня, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • Вчера, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • Вчера, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
  • Вчера, 18:52
    "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib
  • Вчера, 18:49
    Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
  • 12-07-2026, 13:36
    Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilir
  • 12-07-2026, 13:33
    Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur
  • 12-07-2026, 13:29
    Tovuz döyüşləri: Zəfərin astanasında
  • 11-07-2026, 12:14
    Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
  • 11-07-2026, 12:11
    Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
  • 11-07-2026, 11:18
    Abbas Abbasov: Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır
  • 11-07-2026, 11:15
    Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib
  • 11-07-2026, 10:02
    Bu gün Ümumdünya Əhali Günüdür
  • 11-07-2026, 10:00
    Bu gün Ümumdünya Şokolad Günüdür
  • 11-07-2026, 09:55
    Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması
  • 10-07-2026, 20:09
    BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
  • 10-07-2026, 20:04
    Masallıda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
  • 10-07-2026, 13:37
    Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb
  • 10-07-2026, 13:31
    FHN: İyulun 6-da Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir
  • 10-07-2026, 13:28
    Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
  • 10-07-2026, 13:26
    Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri Bakıda görüşüblər
  • 9-07-2026, 23:08
    MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öyrənəcəklər
  • 9-07-2026, 23:06
    Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
  • 9-07-2026, 23:04
    Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ
  • 8-07-2026, 15:47
    Dövlət Miqrasiya Xidməti ilk yarımildə 9757 inzibati hüquqpozma üzrə qərar qəbul edib
  • 8-07-2026, 15:43
    FHN və DSX birgə təlim keçirib
  • 8-07-2026, 15:40
    Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var
  • 8-07-2026, 15:35
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 8-07-2026, 13:23
    Sabirabadda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 8-07-2026, 13:19
    BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq
  • 8-07-2026, 13:15
    Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə