Bakı, 11 yanvar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 10-da ümumi çəkisi 12,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.