Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
N.Rəhmanov bu təyinatadək TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
N.Rəhmanov 1994-2021-ci illərdə Ədliyyə Nazirliyinin Tibbi xidmət idarələrində müxtəlif vəzifələrdə çalışıb.