Bakı, 17 yanvar.
Yanvarın 16-da polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroin olub.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.