• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ

Cəmiyyət

22-01-2025, 18:21

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ
22.01.2025
İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ
İnsanların idrakının, zehninin milli-mənəvi dəyərlərə bağlılığının qorunmasının açarı həmrəylikdədir

Bakı, 22 yanvar.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər” adlı növbəti məqalə hazırlayıb.

İdrak savaşları - “Koqnitiv müharibələr” (KM) NATO tərəfindən 2020-ci ildən başlayaraq metod və termin olaraq hərbi doktrinalarda, eləcə də dünyada baş verən münaqişələrdə geniş istifadə olunur. Bu tip əməliyyatlar psixoloji təsir mexanizmlərinin, informasiya müharibələrinin tərkib hissəsidir.

Tarixə nəzər saldıqda görürük ki, idrak savaşlarına aid edilə biləcək tədbirlər əməliyyat planında nəzərdə tutulmasa da, sistematik xarakter daşımasa da, zərurət yarandıqda döyüşün bəzi məqamlarında rəqibə təsir məqsədilə uğurla tətbiq edilir və yüksək nəticələr əldə olunur. Bu növ əməliyyatlar qarşı tərəfi ruhən və mənəvi cəhətdən sarsıtmaq, döyüşçülərin qəlbinə qorxu salmaq, qələbə əzmini zəiflədərək inamsızlıq hissi yaratmaq üçün aparılır. Psixoloji təsir məqsədilə döyüşdən öncə, yaxud döyüşün gedişində müxtəlif metodlardan istifadə edildiyi barədə müharibələr tarixində çoxlu sayda nümunələr mövcuddur.

Müasir dövrdə isə ən yeni forma və metodları özündə cəmləşdirən koqnitiv təsirli əməliyyatlar əvvəlcədən düşünülmüş, planlı şəkildə qısa və uzunmüddətli məqsədlər üçün icra edilir. Elmi əsaslarla həyata keçirilən bu tip əməliyyatların başlıca məqsədi yalnız döyüşçülərin deyil, rəqib dövlətin bütün əhalisinin beynini, zehnini kompüter sistemi kimi sındırmaq və insan idrakının əməliyyatda qarşıya qoyulan məqsədlərə uyğun formaya gətirilməsi üçün beyinlərə “virus” yerləşdirməkdən ibarətdir. Bu da ölkənin demoqrafik quruluşunu çökdürmək məqsədi daşıyır.

Müasir koqnitiv müharibələrin metodları sırasına xarakterik xüsusiyyəti rəqib tərəfin fərdi və kollektiv psixikasına, atacağı addımların yönləndirilməsinə, məlumatı düzgün qavramaq qabiliyyətinə təsir üsulları daxildir. Dolayı yollarla fiziki cəhətdən öldürücü olmayan, təlqin, təşviq, sövqetmə, məcburetmə metodları ön plana çəkilir. Yumşaq qeyri-fiziki güc, iqtisadi sanksiyalar, cəmiyyəti parçalayaraq istənilən səmtə yönləndirilməsi, “müxalif” qüvvələrə maliyyə, silah-sursat, informasiya dəstəyi, “qara piar yönümlü” təbliğatın aparılması, informasiya qarşıdurmaların yaradılması - məhz bütün bunlar sərt hərbi güc alətləri ilə birlikdə tətbiq edildikdə müasir silahlı münaqişələrin mahiyyətini, məqsədini, sürətini, intensivliyini müəyyən edir. Buna misal olaraq son illər Kosovoda, Afrika ölkələrində, İraqda və Suriyada baş verən münaqişələri misal göstərmək olar.

Koqnitiv müharibə metodları son 20 il ərzində geniş istifadə olunsa da, böyük mənada bu, daha çox gələcəyin fenomenidir. Əvvəlki məqalədə də qeyd etdiyimiz kimi, transmilli aktorlar tərəfindən bu sahədən olan layihələrin tərəqqisinə, strateji və hərbi məqsədlərdə tətbiqinə yönəlmiş layihələrə böyük səxavətlə investisiyalar qoyulur, milyardlarla vəsait xərclənir. Ötən məqalədə yaxın və orta perspektivlərdən bəhs etmişdik. Baş verən proseslər onu deməyə əsas verir ki, koqnitiv müharibələr əməliyyatlarının gələcək perspektivlərində qarşıya qoyulan məqsədlər daha uzunmüddətli olacaq. İnsan zehni, beyinlər uğrunda döyüşlər bir neçə ili, hətta onillikləri əhatə edəcək və mütləq planlı şəkildə, fasiləsiz həyata keçiriləcək. Çünki insan beyninə yürüdülən dağıdıcı həmlələr səngisə, müsbət təsirlər nəticəsində insan baş verənlərə daha şüurlu yanaşacaq və hadisələrin əsl mahiyyətini anlayacaq. Odur ki, müsbət müdaxilələr nəticəsində insan beyninin özünübərpa xüsusiyyətlərini nəzərə alan düşmən qüvvələrin uzunmüddətli perspektivləri hədəf seçdiyi koqnitiv əməliyyatlar fasiləsiz olaraq həyata keçirilir və məqsədə tam nail olunmayınca dayandırılmır.

Koqnitiv müharibələr əməliyyatının təsiri nəticəsində insan qədim zamanlardan tətbiq edilən manqurtlaşma xüsusiyyəti qazanır və bu səbəbdən ətraf mühitlə bütün insani bağlar qopur, zehnin müsbət xüsusiyyətləri tamamilə silinir. Həmin manqurt-zombi əsla heç kimlə (valideyn, qohum-əqrəba, milli-mənəvi dəyərlər, cəmiyyət, dövlətin qanunları və xalqın əxlaqi prinsipləri ilə) hesablaşmır, yalnız “ağasının” verdiyi istiqamət və meyarlar üzrə hərəkət edir. Bu zəhərli manipulyasiyalara məruz qalmış beyinlər yüz illər boyu kök salmış əxlaqi dəyərləri, mənəvi qanunları belə unudur və zaman keçdikcə zehinləri zəhərlənmiş həmin adamlar tarixin yazdığı bütün şərəf kodekslərini belə heçə sayan davranışların sərgilənməsini normal hesab edəcəklər.

Əminliklə qeyd edə bilərik ki, sürətli şəkildə inkişaf etdirilən “Beyinlər uğrunda müharibə” növbəti yüzilliklərdəki münaqişələrdə məqsədlərə nailolma yollarının prioritet istiqamətlərindən biri olacaq. Yaranmış bu vəziyyət haqq-ədalət naminə həmrəy olmağı, beynəlxalq və milli hüquq normalarına, müharibə qanunlarına, sosial nəzarət metodlarına, hərbi əməliyyatların idarə edilməsi və aparılması ilə bağlı bir sıra əsas normativlərə, direktivlərə, ideyalara təcili olaraq, vaxt itirmədən yenidən baxılmasını, köklü dəyişikliklər edilməsini tələb edir.

Sevindirici haldır ki, ölkəmizdə ideoloji təhlükəsizlik, hibrid təhdidlərə hazırlıq, kibermüdafiə sayəsində böyük işlər görülür və artıq əhəmiyyətli uğurlarımız da var. Yerli kompüter proqramlarının və innovasiya texnologiyalarının inkişafı ilə bağlı nəhəng layihələr icra olunur və onların vasitəsilə ölkəmizin mənafeyinə uyğun təbliğat, təşviqat işləri həyata keçirilir. Misal olaraq, elektron hökumət portalı, “ASAN xidmət” və bir çox fəaliyyət sahələrinin rəqəmsallaşmasını və onlar üzərindən paylaşılan reklam çarxlarının və təbliğat videolarının xalqımızın adət-ənənələrinə bağlılığını göstərmək olar.

Bu mövzuya xüsusi diqqət ayırmağımıza səbəb manipulyasiyalar vasitəsilə həyata keçirilən idrak savaşı əməliyyatları sayəsində müəyyən vaxtdan sonra atdığı addımın fərqinə varmayan, qoşulduğu prosesin nəticəsini, fəsadlarını düşünməyən (düşünməyi bacarmayan, yaxud da düşünmək istəməyən), ruhi rahatlıqdan çox yalnız şəxsi maddi-fiziki rahatlığını, mənfəətini düşünən yeni şəxsiyyətin formalaşdırılması perspektivi olduqca yüksəkdir.

Beyin mərkəzlərindən idarə olunan manipulyasiyalar rasional, müsbət faktorlarla yenicə tanınmağa başlayan, inkişafa qədəm qoymuş, yaxud uzunmüddətli perspektivi olan, iqtisadi yüksəlişdə uğurlar əldə etmiş müstəqil şirkətlərin, ölkələrin özlərinin maraqlarına uyğun deyil, ancaq transmilli oyunçuların, yaxud rəqib dövlətlərin maraqlarına uyğun təbliğinə və təşviqinə böyük dəstək olur. Manipulyasiyalar sayəsində qiymətləndirmələr həyata keçirilir, lazımi əhvali-ruhiyyə yaradılır, həmçinin bir hadisə və ya şəxs haqqında ziyanverici mənfi fikirlər dolayısı yollarla fərdlərə, insan qruplarına və bütövlükdə cəmiyyətə sistemli şəkildə təqdim edilir. Nəticədə zehinlərə yeridilən fikirlərin böyük insan toplumu tərəfindən düşünülmədən, mahiyyəti, nəticəsi, yarada biləcəyi fəsadlar dərk edilmədən qəbul edilməsinə nail olmaq mümkün olur.

Sosial şəbəkələr vasitəsilə paylaşımlar və xəbərlərin mübadiləsinin çoxşaxəliyi, paylaşım tempi, məlumatların sürətli axını izləyiciləri ani şəkildə reaksiya verməyə vadar edir. Beləliklə, “sürətli düşünmə” (refleksiv, emosional reaksiya) mexanizmi işə salınır. İnformasiyaların sürəti qarşısında təslim olan insanlara “yavaş düşünməyə”, yəni, daha rasional düşüncəli olmağa, təhlillər aparmağa, götür-qoy etməyə, “yüz ölçüb, bir biçib” hərəkət etməyə, “asta olan usta olar” amilinə nail olmağa, sözün əsl mənasında, imkan qalmır.

Fikrimizcə, dünya səviyyəsində mümkün olmasa da, beynəlxalq qurumlar, alyanslar, təşkilatlar, forumlar çərçivəsində “super güclərin” yürütdüyü koqnitiv müharibələrin təsirindən qorunmaq üçün təxirəsalınmaz təsirli tədbirlərin görülməsi mümkündür. Bu məsələdə, yəni, insanların idrakının, zehninin milli-mənəvi dəyərlərə bağlılığının qorunmasında ən böyük yük məhz dövlətin və onun nəzarətində olan təbliğat-təşviqat qurumlarının üzərinə düşür. Lakin bu tədbirlərin uğur qazanmasının açarı həmrəylikdədir. Cəmiyyətin bütün təbəqələri səfərbər olmalı, birlikdə, qarşılıqlı əlaqədə fəaliyyət üçün səmərəli kommunikasiya təmin edilməlidir. Həmçinin söz, mətbuat, iradə azadlığı, demokratiya, plüralizm kimi dünyəvi dəyərlərin arxasında gizlənməklə xaricdən alınan maliyyə vəsaitləri sayəsində fəaliyyət göstərən, düşmən dəyirmanına su tökməyə çalışan, xalqın mənafeyinə, dövlətin maraqlarına zidd addımlar atmağa can atan “müstəqil” strukturların da özbaşınalığına göz yumulmamalıdır. Hesab edirik ki, ölkədə fəaliyyət göstərən “beynəlxalq demokratiya institutlarının”, QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi-normativ aktlar müasir dövrün tələb və təhdidlərinə müvafiq olaraq, eləcə də ölkənin milli, strateji və təhlükəsizlik maraqları nəzərə alınmaqla daima təkmilləşdirilməlidir.

Düşünürük ki, dövlətlərin apardığı düzgün informasiya siyasəti, müsbət aspektlərlə zəngin təbliğat kampaniyaları hər bir xalqın genetik mənbələrini dərindən dərk etməsinə, öz tarixi köklərinə, mentalitetinə bağlılığını, milli-mənəvi dəyərlərə sevgisini təmin etməklə, tətbiq olunan ziyanlı informasiya axını ilə üz-üzə gələn insanlara böyük dəstək olacaq. Bu sahədə müsbət nəticələri əldə etmiş ölkələrin təcrübəsi dəyərləndirilməli və qarşılıqlı təcrübə mübadiləsi təmin olunmalıdır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-05-2024, 19:26

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Dünya

20-01-2025, 16:13

Araşdırma: Yeni çərçivə fərdi beyin dalğalarını idrak vəziyyətləri ilə əlaqələndirir

Siyasət

5-11-2024, 10:41

Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır

Siyasət

30-10-2024, 18:24

Xarici müdaxilələr və hibrid təhdidlər

Cəmiyyət

15-08-2024, 19:20

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:47
    Dövlət Miqrasiya Xidməti ilk yarımildə 9757 inzibati hüquqpozma üzrə qərar qəbul edib
  • Вчера, 15:43
    FHN və DSX birgə təlim keçirib
  • Вчера, 15:40
    Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var
  • Вчера, 15:35
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Вчера, 13:23
    Sabirabadda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • Вчера, 13:19
    BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq
  • Вчера, 13:15
    Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir
  • Вчера, 13:08
    Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb
  • 7-07-2026, 21:32
    Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb
  • 7-07-2026, 21:30
    Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
  • 7-07-2026, 21:27
    Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib
  • 7-07-2026, 13:24
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • 7-07-2026, 13:20
    Nəsimi rayonunda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 7-07-2026, 13:19
    FHN: Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam edir
  • 7-07-2026, 13:17
    DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 7-07-2026, 13:14
    Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
  • 6-07-2026, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • 6-07-2026, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • 6-07-2026, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • 6-07-2026, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • 6-07-2026, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • 6-07-2026, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • 6-07-2026, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • 6-07-2026, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • 6-07-2026, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 6-07-2026, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • 6-07-2026, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • 4-07-2026, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • 4-07-2026, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • 4-07-2026, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • 4-07-2026, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
  • 4-07-2026, 11:43
    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb
  • 4-07-2026, 11:41
    Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
  • 3-07-2026, 14:23
    Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə