İlin sonuna kimi yuxarı yaş qrupundan olan vətəndaşların qızılca əleyhinə vaksinasiyası üçün peyvəndlər gətiriləcək.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"Səhiyyə Nazirliyi tərəfindən qızılca əleyhinə vaksinasiya ilə bağlı da ciddi addımlar atılır. TƏBİB-in tabeliyində olan müəssisələrdə qızılca üçün peyvəndləmə həyata keçirilir. İlin sonuna doğru daha üst yaş kateqoriyaları üçün vaksinlərin ölkəyə gətirilməsi nəzərdə tutulub. Əvvəlki dövrlərdə vaksinasiya təminatından istifadə etməyən vətəndaşlar belə bu xidmətdən yararlana biləcəklər", - deyə V.Qurbanov qeyd edib.