• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir – Məqalə

Cəmiyyət

7-02-2025, 15:28

Bakı, 7 fevral.

Ordunun arsenalında olan silah, texnika, rəqəmsal texnologiya, həmçinin digər təchizat vasitələrinin mütəmadi olaraq yenilənməsi ilə birlikdə, hərbi qulluqçuların da mənəvi-psixoloji keyfiyyətlərinin inkişafına, psixoloji cəhətdən hazırlığına, dayanıqlığına və çevikliyinə xüsusi diqqət ayrılır. Hərbi qulluqçularda mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olması da hərbi sahədə inkişafın, irəliləyişin baş verməsinə münbit şərait yaradır.

Bu fikirlər hərbi psixoloq Amil Məhərrəmoğlunun “Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də idarə və təşkilatlarda psixoloji işin önəmi daim nəzərə alınmaqla müasir üsul və metodlar tətbiq edilir. Bunlardan biri də hərbi qulluqçular arasında hərbi və mülki psixoloqlar tərəfindən həyata keçirilən koqnitiv davranış terapiyasıdır. İnsanların hadisələrə verdiyi emosional və davranış reaksiyaları, münasibəti hadisələrin özündən çox həmin hadisələr barədəki düşüncələrindən asılıdır.

Məsələn, bir problemi “məğlubiyyət” adlandıranlar özünü ümidsiz hiss edə bilər, lakin eyni problemi "öyrənmə fürsəti" adlandıranlar bu problemə daha müsbət yanaşa bilərlər.

Göründüyü kimi, koqnitiv davranış fərdin şüurlu yanaşmasına əsaslanır. Təsadüfi deyil ki, hərbi xidmətin əsasını təşkil edən Sıra nizamnaməsinin ilkin müddəalarında hərbi intizamın hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslandığı vurğulanır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda mövzu çox doğma səslənir. Demək, hərbi fəaliyyətin, günün nizam qaydasının, komandir və rəis heyəti tərəfindən tapşırıqların çatdırılması və informasiya mübadiləsinin, qarşılıqlı anlaşma, fərdlərarası münasibətlər və hərbi kollektivlərin idarə olunmasının əsasında şüurlu yanaşma, yəni koqnitiv davranış dayanır.

Koqnitiv terapiya psixologiya elmində geniş yayılmış terapiya növüdür. Digər sahələrlə yanaşı, hərbi sahədə də fərdin təşvişi, həddən artıq həyəcanlanma, adaptasiya dövründə yaranmış əsəb gərginliyi nəticəsində baş verən psixoloji pozuntu, stres, stresdən sonrakı dövr, depressiya və fobiyalar kimi problemlərin həllində geniş istifadə edilir. Həmin vaxt fərdi yanaşma hər bir hərbi qulluqçunun ehtiyaclarına uyğun olmalıdır.

Düşdüyü yeni mühit, xidməti zərurətlə əlaqədar yerdəyişmələr, xidmət etdiyi bölmənin dislokasiya yerinin dəyişdirilməsi, daha öncə görmədiyi və yerinə yetirmədiyi tələblər (sonuncu əsasən gənc əsgər heyətinə şamil olunur) hərbçilərdə emosional boşluqlar və hissi gərilmələr yarada bilər. Həmin vaxt psixoloq peşəkar yanaşma ilə fərdlərdə özünəinam hissinin yaranmasına, çətinliyə fərdi və komanda şəklində qalib gələ biləcəyinə inam yaratmalıdır. Daha öncə görmədiyi mühit, yeni yoldaşlar, ciddi daxili qayda-qanun, nizam-intizam hərbi xidmətdə gözlənilən elementlərdir. Bu elementlər isə fərdlərdə xüsusi psixi hallar yaradır. Həm də nəzərə alınmalıdır ki, hərbçi xüsusi ekstremal vəziyyətlər üçün hazırlıqlı olmalıdır.

Təsəvvür edin, işinizin peşəkarısınız. Lakin çalışdığınız kollektivdə sağlam psixoloji mühit yoxdur. Bu zaman özünüzü pis hiss edəcək, ətrafa olan etibarınız azalacaq. Bu isə öz növbəsində fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının aşağı düşməsi deməkdir. Amma sağlam və qayğıkeş, hər zaman köməyinə çatacaq insanların olduğunu bildiyiniz kollektivdə az hazırlığa malik olsanız belə, özünüzə inamlı olacaqsınız. Eyni vəziyyət əsgərlər, hərbi kollektivlər üçün də keçərlidir. Sağlam psixoloji mühitin yaradılması kollektivin hər fərdinin vəzifəsidir. Burada komandir heyəti də mühüm rol oynayır. Komandirin şəxsi nüfuzu, nümunəvi davranışı, peşəsinə sevgi ilə, vicdanla yanaşması ona qarşı əsgər heyəti arasında böyük inam yaranmasını təmin edir ki, bu da öz növbəsində qarşıya qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətli icrasında həlledici rol oynayır.

Onu da qeyd etmək lazımdır ki, psixoloji hazırlığın forması, metodları qoşun növünə və xidmət sahəsinə uyğun olaraq fərqli, dəyişkən ola bilər. Xidmət sahəsinə, kollektivin üzərinə qoyulmuş vəzifələrə uyğun psixoloji hazırlığın təmin edilməsində psixoloqların üzərinə ciddi məsuliyyət düşür.

Qeyd etmək lazımdır ki, ordu quruculuğunun müasir mərhələsində ordu psixoloqları bu istiqamətdə ciddi addımlar atırlar və nəticələrinin müsbət olduğu haqda yetərincə nümunələr var. Belə ki, mütəmadi olaraq psixoloji iş üzrə zabitlərlə seminarlar təşkil olunur. Müxtəlif ölkələrdən dəvət olunmuş peşəkar psixoloqlar tərəfindən təlimlər, seminar və işçi görüşlər keçirilir. Yerli psixologiya mərkəzləri ilə qarşılıqlı əlaqələr yaradılır. Hazırda orduda qardaş Türkiyə və digər inkişaf etmiş ölkələrdə hərbi psixoloq ixtisası üzrə təhsil almış peşəkar zabitlər xidmət edirlər.

Qabaqcıl təcrübə əsasında qazanılmış nailiyyətlər gündəlik tətbiq olunur. Psixoloqlar əsgər heyəti ilə birlikdə təlimlərə qatılır, atəş çalışmalarında iştirak edir, çöl və kazarma şəraitində onların davranışlarını müşahidə edirlər. Müşahidələr, anonim sorğular, fərdi söhbətlərin nəticələri və komandir heyətinin məlumatları əsasında psixoloji işin istiqaməti planlaşdırılır. Qrup və fərdi konsultasiyalar təşkil olunur. Görülən bütün işlər orduda döyüş qabiliyyətinin artırılması və qorunub saxlanılması üçün nəzərdə tutulub.

Sonda bir daha qeyd etmək istərdik ki, hansı sahədə və hansı kollektivdə çalışmasından asılı olmayaraq koqnitiv terapiya insanların həyat və fəaliyyətinin, peşəkar keyfiyyətlərinin yaxşılaşdırılması, həmçinin daha sağlam emosional balansın yaradılması üçün əvəzolunmaz bir vasitədir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-05-2024, 19:26

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Cəmiyyət

16-07-2024, 09:30

Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir

Cəmiyyət

24-05-2024, 19:35

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Cəmiyyət

29-12-2023, 19:00

Azərbaycan Ordusunda ilin yekunu ilə əlaqədar iclaslar keçirilib

Cəmiyyət

15-08-2024, 19:20

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Вчера, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • Вчера, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • Вчера, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • Вчера, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • Вчера, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
  • Вчера, 11:43
    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb
  • Вчера, 11:41
    Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
  • 3-07-2026, 14:23
    Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
  • 3-07-2026, 11:00
    Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 3-07-2026, 10:57
    Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair bu ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb
  • 3-07-2026, 10:54
    Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 2-07-2026, 15:31
    Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq
  • 2-07-2026, 12:52
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası
  • 2-07-2026, 12:47
    Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
  • 2-07-2026, 12:44
    Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
  • 2-07-2026, 11:13
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
  • 2-07-2026, 10:06
    Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ
  • 2-07-2026, 09:44
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
  • 2-07-2026, 09:41
    İyulun 2-si Azərbaycan Polisi Günüdür
  • 1-07-2026, 12:45
    Bakı Mühəndislik Universitetində 1142 tələbə məzun olub
  • 1-07-2026, 12:43
    İnzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları təşkil ediləcək
  • 1-07-2026, 12:42
    Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan təşkil ediləcək
  • 1-07-2026, 12:39
    Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib
  • 1-07-2026, 12:37
    Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
  • 1-07-2026, 12:34
    Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub
  • 1-07-2026, 12:32
    Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub
  • 1-07-2026, 12:30
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 12:28
    Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib
  • 30-06-2026, 19:19
    Otuz il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
  • 30-06-2026, 19:17
    Qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa olunub
  • 30-06-2026, 19:14
    Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
  • 30-06-2026, 19:11
    Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir
  • 30-06-2026, 19:06
    İriçaplı pulemyot heyətinin hazırlıq kursunun buraxılış mərasimi olub
  • 30-06-2026, 11:59
    Emin Əmrullayev: Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq
  • 30-06-2026, 11:58
    Müəllimlərin sertifikatlaşdırılma prosesinin hər iki mərhələsinin tamamlandığı fənlərin adları açıqlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə