Bakı, 10 aprel.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.
BŞTİ-den bildirilib ki, müraciət etmək istəyən şəxslər aprelin 11-i saat 15:00-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, BŞTİ-nin rəsmi saytında martın 18-də laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.
Namizədlər müsabiqəyə dair məlumatla buradan tanış ola bilər.