Bakı, 3 May.
"Qadın sağlamlığı" İctimai Birliyinin və Milli Onkologiya Mərkəzinin birgə təşəbbüsü ilə mayın 4-də Binəqədi rayonunda tibbi-sosial aksiya keçiriləcək.
Bu barədə verilən məlumatda bildirilir ki, aksiyada rayonun Mənzil-Kommunal İstismar sahələrində çalışan 200 qadın müayinə olunacaq.
Diqqətə çatdırılıb ki, aksiyaların ölkəmizin digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.