Bakı, 8 may.
Mayın 8-də Azərbaycan Ordusunun qardaş Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası - 2025” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına sıra baxışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.
Bu il mayın 12-23-də keçiriləcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış- xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edəcək.