• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sumqayıtda 50-dən çox hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub

Cəmiyyət

10-05-2025, 19:41

Sumqayıt, 10 May.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Ötən il dekabrın 24-də keçirilən iclasda qəbul edilmiş müvafiq qərara əsasən, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış və ya onların varislərinə) daimi mənzillərin təqdim edilməsi prosesi davam etdirilir.

Tədbirlər çərçivəsində mayın 10-da 50-dən çox hərbi xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçuya Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillərin sənədləri və açarları təqdim olunub.

Sumqayıtda birotaqlı və dördotaqlı 60-a yaxın mənzil öz sahiblərinə qovuşdu

Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, nazirliyin mənzil komissiyasının sədri, ədliyyə general mayoru Elçin Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq Fərmanı əsasında Azərbaycan Ordusunda 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzil verilir: “Hər il Maliyyə Nazirliyindən vəsait ayrılır və həmin vəsaitə mənzillər alınır. Bu il 512 mənzil alınıb və püşkatma yolu ilə hərbi qulluqçulara növbəlilik prinsipi əsasında verilib. Dövlət rəsmiləşdirilməsi təşkil edilərək, mənzillər çıxarışlarla təmin olunub. Bu gün çıxarışlarla açarlar hərbi qulluqçulara təqdim olundu. Bugünkü təqdimat mərasimi müstəqil Azərbaycanın qurucusu və banisi, müasir, modern və qüdrətli Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirildi. Sumqayıtda birotaqlı və dördotaqlı 59 mənzil hərbi qulluqçulara təqdim olundu. Gələn il də bir o qədər mənzilin verilməsi nəzərdə tutulub. Ümumilikdə, iki il ərzində hərbi qulluqçulara verilən mənzillərin sayı 1000-ə yaxındır”.

Mənzillə təminat orduda xidmət etmiş zabitlərin əməyinə verilən yüksək dəyər, hazırda xidmət edənlər üçün isə stimuldur

Otuz ildir Azərbaycan Ordusunda xidmət edən polkovnik Fuad Ələkbərov həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Qələbəmizdə pay sahibi olan zabit Zəfər yürüşümüzdə addımlayanlar sırasında olmaqdan və Qalib Ordunun mənsubu kimi xidmətini davam etdirməkdən qürur duyduğunu bildirib.

"Sumqayıtda dördotaqlı mənzillə təmin olundum. Dəniz kənarında, mənzərəli yerdə yerləşən binada verilən mənzilin şəraiti çox yaxşıdır. Buna görə Ali Baş Komandana özüm və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bu, Prezident İlham Əliyev tərəfindən mənə verilən ilk hədiyyə deyil. Belə ki, Azərbaycan Ordusunun bir mənsubu kimi çox keşməkeşli yollardan keçdim, Aprel hadisələrindən etibarən döyüşlərdə iştirak etdim. Sevinirəm ki, torpaqlarımızı mənfur düşmənin tapdağından xilas etmək, ərazi bütövlüyümüz və suverenliyimizi bərpa etmək kimi şərəfli missiyada mənim də payım var. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, müxtəlif dövrlərdə keçirilən vacib hərbi əməliyyatların iştirakçısı kimi, "İgidliyə görə", "Vətən uğrunda" və digər medallarla təltif olunmuşam. Bu gün isə mənim üçün qürurvericidir ki, bu cür şəraiti olan evlə təmin olundum. Bu, ölkə rəhbərliyi tərəfindən mənə və ailəmə göstərilən böyük qayğıdır".

Ehtiyatda olan tibb xidməti polkovnik leytenantı İlham Əliyev isə əməyinin bu cür yüksək formada qiymətləndirildiyi üçün dövlətimizin başçısına təşəkkürünü bildirib: “Hər bir insanın ən böyük arzularından biri ev, mənzil sahibi olmaqdır. Bu gün arzularımızdan birinin reallaşmasının sevincini yaşayırıq. Belə ki, ümumi sahəsi 105.8 kvadratmetr olan dördotaqlı mənzillə təmin olundum. Ehtiyatda olan digər zabit yoldaşlarımla birgə sevincimin həddi-hüdudu yoxdur.

Əlbəttə, 90-cı illərdə Azərbaycan Ordusunda istər könüllü, istərsə də çağırışla xidmət etdiyimiz vaxtlarda ağlımıza gəlməzdi ki, uzun illərdən sonra bizim şərəfli xidmətimiz dəyərləndiriləcək və mənzillər təqdim ediləcək. Buna görə də 20 ildən artıq xidmət etmiş zabitlər olaraq dövlətimizə, Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bu, orduda xidmət etmiş zabitlərin əməyinə verilmiş böyük qiymətdir. Düşünürəm ki, bu, özü də həm də bir stimul, hazırda Azərbaycan Ordusunda xidmət edən, xüsusilə gənc zabitlər üçün böyük motivasiyadır".

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və bundan sonra da hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-05-2024, 15:30

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

Cəmiyyət

15-03-2024, 23:09

Bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

Cəmiyyət

17-03-2024, 13:28

Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib

Cəmiyyət

8-12-2023, 19:24

Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib

Cəmiyyət

3-08-2024, 21:44

Müdafiə Nazirliyinin saytında hərbçilər üçün “Mənzil növbəsi” bölməsi yaradılıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə