• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İTSDA: Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

20-05-2025, 14:22

Bakı, 20 May.

Seliakiya (çölyak) buğda, arpa, çovdar kimi dənli bitkilərdə olan qlüten adlı proteini parçalayan fermentlərin çatışmazlığı ilə əlaqədar nazik bağırsağın genetik xəstəliyidir. Həmin dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına və zədələnməsinə səbəb olur. Bu xəstəliyi olan insanların orqanizmi qlüteni qəbul edə bilmir. Uşaqlarda seliakiya xəstəliyi adətən erkən yaşda tərkibində qlüten olan süni qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa, uşaqlarda inkişaf geriliyi, boy və çəki artımının, cinsi yetkinliyin ləngiməsi, osteoporoz, həzm sistemi problemləri, qadınlarda hormonal disbalans, vitamin və mineralların çatışmazlığı, anemiya yarana bilər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən verilən məlumata görə, xəstəliyin müayinəsi və ağırlaşma zamanı stasionar terapevtik müalicə icbari tibbi sığorta ilə qarşılanır. Xəstəliyin diaqnostika və müalicəsi pediatr-terapevt və qastroenteroloq tərəfindən aparılır. İxtisaslı həkimin müayinəsi, həmin xəstəliyin əsas müayinə üsulu olan seliakiya paneli və digər laborator analizlər, endoskopiya, biopsiya müayinələri və bəzi genetik müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Müayinədən əvvəl qlütenli qidaların pəhrizdən çıxarılması düzgün nəticələrin əldə edilməsinə mane ola bilər. Buna görə müayinə dövründə qlüten istifadəsi davam etdirilməlidir.

İcbari tibbi sığorta ilə həmin tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, seliakiyaya istənilən yaşda rast gəlinir. Əsasən, xroniki ishal və ya qəbizlik, ürək bulanma və qusma, qarın ağrısı və şişkinlik, dəmir çatışmazlığı, yorğunluq, sümük və oynaq ağrıları, dəri problemləri, uşaqlarda çəki və boy artımında geriləmə, yuxu pozğunluğu, çəki itkisi, qadınlarda menstrual dövrün pozulması, sonsuzluq və hamiləlikdə düşük kimi simptomlarla müşahidə oluna bilər.

Həmin xəstəliyi olanlar buğda, çovdar, arpa kimi dənli bitkilərdən hazırlanmış çörək, makaron, şirniyyat kimi qlütenli qidaları tamamilə rasiondan çıxarmalı, həkimin təyin etdiyi pəhrizə riayət etməli, qəbul etdikləri dərman və qida əlavələrinin tərkibində qlüten olub-olmadığını yoxlamalıdırlar. Bununla xəstəliyin simptomları azalır və bağırsaq zədələnməsinin qarşısı alınır.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-03-2025, 12:33

Kistoz-fibroz xəstəliyinin diaqnostikası icbari tibbi sığorta hesabına aparılır

Cəmiyyət

11-04-2025, 11:33

Agentlik: Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

3-02-2025, 11:44

Podaqranın müayinə və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Cəmiyyət

18-02-2025, 11:26

Hamiləlik ağırlaşmasının müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

30-01-2025, 12:34

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Вчера, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • Вчера, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • Вчера, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
  • Вчера, 12:55
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Вчера, 12:53
    Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Вчера, 12:51
    XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
  • Вчера, 12:47
    Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb
  • 8-06-2026, 14:45
    Gömrük əməkdaşlarının insan alveri və məcburi əmək hallarının aşkarlanması sahəsində bilikləri artırılır
  • 8-06-2026, 14:43
    İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir
  • 8-06-2026, 14:40
    Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib
  • 8-06-2026, 12:55
    Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 8-06-2026, 12:52
    ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib
  • 8-06-2026, 10:47
    “Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
  • 8-06-2026, 10:45
    DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib
  • 8-06-2026, 10:43
    NİİM sürücülərə növbəti dəfə müraciət edib
  • 8-06-2026, 10:40
    HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
  • 8-06-2026, 10:39
    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 7-06-2026, 15:20
    DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
  • 7-06-2026, 15:18
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
  • 7-06-2026, 15:16
    XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb
  • 7-06-2026, 15:12
    Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb
  • 7-06-2026, 15:09
    Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
  • 7-06-2026, 15:07
    AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir
  • 7-06-2026, 15:04
    İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
  • 6-06-2026, 14:57
    Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
  • 6-06-2026, 14:55
    “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS
  • 6-06-2026, 13:09
    Binədə mağazada yanğın baş verib
  • 6-06-2026, 13:08
    ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub
  • 6-06-2026, 13:05
    Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib
  • 6-06-2026, 13:02
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
  • 5-06-2026, 13:16
    Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir
  • 5-06-2026, 13:14
    Prokuror: Əmək müqaviləsinin bağlanması yalnız kağız üzərində sənədi imzalamaqla məhdudlaşmır
  • 5-06-2026, 13:12
    Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 5-06-2026, 11:55
    Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib
  • 5-06-2026, 11:53
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə