• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Professor: Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi

Cəmiyyət

30-05-2025, 14:50

Bakı, 30 May.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqı həm çar Rusiyasının istibdadı ilə mübarizə aparır, həm də təhsilə, maarifə, Avropa tipli məktəblərə can atırdı. Bu maarifçilik hərəkatı xalqın öz gücünə, ziyalılarının əzminə və xeyriyyəçilərinin dəstəyinə söykənirdi.

Bu fikirləri açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və jurnalistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd söyləyib. O bildirib ki, 1875-ci il iyulun 22-də ilk sayı nəşr olunan “Əkinçi”nin ideya rəhbəri və naşiri Həsən bəy Zərdabi mətbuat vasitəsilə xalqın maariflənəcəyinə inanırdı. O yazırdı ki, “Əkinçi” xalqı oyatmalı, onun gözünü açmalı, tənbəllikdən, cəhalətdən xilas etməlidir. O dövrdə bir çox müsəlman qəzetləri yalnız varlılara, oxumuş zümrəyə xitab edirdi. “Əkinçi” isə xalqın öz dilində, sadə və anlaşıqlı üslubda yazılırdı. Həsən bəy Zərdabi təkcə mətbuatla deyil, həm də təhsillə məşğul idi. O, ilk dünyəvi məktəblərin yaradılmasında iştirak edib, müəllim kimi fəaliyyət göstərib və məktəb rəhbəri olub. Bu baxımdan, o, maarifçilik ideyalarının həm nəzəri, həm də praktiki daşıyıcısı idi.

O dövrdə xalqın maariflənməsində xeyriyyəçi ziyalıların rolundan danışan professor bildirib ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına qız məktəbi açmış, 1896-cı ildə isə Bakı Qızlar Məktəbinin yeni binasını inşa etdirmişdi.1887-ci ildə rus-müsəlman məktəbi fəaliyyətə başladı. Burada həm rus, həm də azərbaycanlı müəllimlər dərs deyirdi. Tağıyev xaricdə təhsil almaq üçün tələbələrə təqaüdlər verir, kitabların nəşrinə, teatr tamaşalarına, milli mətbuata və xeyriyyə cəmiyyətlərinə dəstək olurdu.

Alim vurğulayıb ki, “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Tərbiyə”, “Məktəb” kimi qəzet və jurnallar da maarifçilik ideyalarını davam etdirdi. Xüsusilə “Molla Nəsrəddin” jurnalı həm xalqı güldürür, həm də güldürərək düşündürürdü. Bu nəşrlər həm təhsilin yayılmasına, həm də milli oyanışa ciddi təsir göstərdi.

“Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi. Onun ideyaları bu gün də aktuallığını saxlayır. Maarifçilik hərəkatının təməlində duran bu insanlar – Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev və başqaları millətin yaddaşında və tarixi inkişafında öz əbədi yerini alıblar”, - deyə V.Əhməd əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2024, 14:44

Rəşad Məcid: 149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib

Siyasət

19-07-2024, 14:48

Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib YENİLƏNİB

Siyasət

19-07-2024, 14:41

Dağbəyi İsmayılov: Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi

Siyasət

19-07-2024, 14:35

Azərbaycan mətbuatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Cəmiyyət

22-07-2024, 09:04

“Əkinçi”dən başlayan yol: Azərbaycan mediası 149 yaşını qeyd edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 17:18
    Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH
  • Вчера, 17:14
    Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır
  • 14-11-2026, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • 14-11-2026, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • 14-11-2026, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • 14-11-2026, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • 14-11-2026, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • 14-11-2026, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • 13-11-2026, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • 13-11-2026, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • 13-11-2026, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 13-11-2026, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • 13-11-2026, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə