Bakı, 2 iyun.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1 nəfər itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından bildirilib ki, iyunun 3-də Sahil Nurəddin oğlu İbrahimov Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbə qəbiristanlığında dəfn ediləcək.