• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

III Şuşa Qlobal Media Forumu böyük tarixi və siyasi əhəmiyyətə malikdir – ŞƏRH

Cəmiyyət

21-07-2025, 17:05

Bakı, 21 iyul.

III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, Azərbaycan III Şuşa Qlobal Media Forumu ilə öz haqq səsini, ədalət simasını bir daha dünyaya nümayiş etdirdi: “III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Həmin Forum hər şeydən öncə dövlətimizin, onun başçısının timsalında ədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində ən müxtəlif məsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalq hüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yer aldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyub saxladığını bir daha sübut etdi. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısı Ukrayna xalqına işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sona qədər davam etdirməyi tövsiyə etdi, fikirlərini əsaslandırmaq üçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müharibəsini xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, xalq öz mübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlham Əliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşı mübarizəni davam etdirməyi tövsiyə etdi”.

Polkovnik dövlətimizin başçısının AZAL-ın təyyarəsi ilə bağlı ortaya qoyduğu mövqeyin də mühüm mətləblərdən xəbər verdiyini vurğulayıb: “Prezident İlham Əliyev Forumda Rusiya səmasında vurulan AZAL-ın təyyarəsi ilə bağlı da dövlətimizin gözləntisini aydın şəkildə ortaya qoydu. Prezident qeyd etdi ki, təyyarə vurulub və onun qəza enişi etməsinə səbəb də məhz bu olub. Bu səbəbdən də dövlətimizin başçısı Rusiyanı baş verənləri etiraf etməyə, günahkarları cəzalandırmağa səslədi. Habelə bildirdi ki, Rusiya öz günahını etiraf etməklə yanaşı, zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir. Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan artıq baş verənlərlə bağlı beynəlxalq instansiyalara müraciət etməyə hazırlaşır və sona qədər öz mübarizəsini davam etdirəcək. Prezidentimizin AZAL-ın təyyarəsi ilə bağlı sərgilədiyi bu mövqe Azərbaycanın maraqlarını necə böyük qətiyyətlə qoruduğunu, milli maraqlarımıza necə dərindən sadiqlik göstərdiyini sübut edir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Prezidenti xalqımızın maraqlarını qorumaq üçün dünyanın ən güclü dövlətləri ilə də mübarizə aparmaqdan, öz mövqeyini cəsarətlə ortaya qoymaqdan çəkinmir və bundan sonra da çəkinməyəcək”.

Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin əməyini yüksək qiymətləndirdiyinə diqqət çəkən təşkilat sədri milli mətbuatın bundan sonra da dezinformasiyalara qarşı mübarizədə aktiv rol oynayacağına inamını ifadə edib: “Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminə diqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərin əməyini də yüksək qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiyaların qarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib və böyük uğurlar əldə edib. Mediamızın lazım gələndə həm də hücum strategiyası sərgilədiyini bildirən Prezident bundan sonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminində jurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğuladı. Onu da qeyd edək ki, Azərbaycan mediasının dövlət maraqlarımızın müdafiəsində rolu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən də yüksək qiymətləndirildi. Hesab edirəm ki, bu, mediamıza, jurnalistlərimizə, onların əməyinə göstərilən böyük ehtiramdır. İstər Vətən müharibəsi, istərsə də postmüharibə dönəmində Prezident İlham Əliyevin mediaya verdiyi müsahibələr də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb və bu gün də oynamaqdadır. Prezidentin köməkçisi Hikmət Hacıyevin də media ilə əməkdaşlığı, verdiyi müsahibə və açıqlamalar dövlətimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda yayılmasında əhəmiyyətli rol oynayır. Xarici media nümayəndələrinin və diplomatların işğaldan azad olunmuş ərazilərə mütəmadi təşkil edilən səfərləri də imkan verir ki, onlar erməni faşizminin vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərazilərdə apardığı böyük quruculuq işlərini bilavasitə müşahidə etsinlər. İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizin maraqlarını qətiyyətlə qorumaqda davam edəcək, dövlətimizin, Prezident İlham Əliyevin etimadını əzmlə doğruldacaq”, - deyə C.Xəlilov vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2025, 17:48

Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Siyasət

19-07-2025, 17:45

Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

Cəmiyyət

22-07-2024, 13:06

Polkovnik Cəlil Xəlilov: Milli media xalqımızın dostu, dövlət maraqlarının etibarlı müdafiəçisidir

Siyasət

19-07-2024, 23:07

İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək

Siyasət

22-07-2024, 21:35

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatın da diqqət mərkəzində olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • Сегодня, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • Сегодня, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • Сегодня, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • Сегодня, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • Сегодня, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • Вчера, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • Вчера, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • Вчера, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • Вчера, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə