• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

DİM: 1071 abituriyent jurnalistika ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək

Cəmiyyət

1-08-2025, 12:14

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
DİM: 1071 abituriyent jurnalistika ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək
01.08.2025.
DİM: 1071 abituriyent jurnalistika ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək
Bakı, 1 Avqust.

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulur.

Abituriyentlər imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Saat 10:00-da başlanacaq imtahan 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və media nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

Abituriyent inşanı (esseni):

-səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;

-öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;

-mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;

-yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;

-ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;

-ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;

-fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıda qeyd olunan meyarlar nəzərə alınır:

-inşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır;

-verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olması;

-abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;

çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;

-yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;

-yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qrammatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-07-2024, 11:18

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Cəmiyyət

17-07-2024, 18:12

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Cəmiyyət

31-07-2024, 14:11

Jurnalistika ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə

Cəmiyyət

7-08-2024, 22:54

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 634 nəfər “məqbul” qiymət alıb

Cəmiyyət

2-08-2024, 15:21

DİM: 900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:47
    Dövlət Miqrasiya Xidməti ilk yarımildə 9757 inzibati hüquqpozma üzrə qərar qəbul edib
  • Сегодня, 15:43
    FHN və DSX birgə təlim keçirib
  • Сегодня, 15:40
    Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var
  • Сегодня, 15:35
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Сегодня, 13:23
    Sabirabadda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • Сегодня, 13:19
    BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq
  • Сегодня, 13:15
    Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir
  • Сегодня, 13:08
    Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb
  • Вчера, 21:32
    Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb
  • Вчера, 21:30
    Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
  • Вчера, 21:27
    Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib
  • Вчера, 13:24
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • Вчера, 13:20
    Nəsimi rayonunda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • Вчера, 13:19
    FHN: Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam edir
  • Вчера, 13:17
    DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • Вчера, 13:14
    Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
  • 6-07-2026, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • 6-07-2026, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • 6-07-2026, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • 6-07-2026, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • 6-07-2026, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • 6-07-2026, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • 6-07-2026, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • 6-07-2026, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • 6-07-2026, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 6-07-2026, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • 6-07-2026, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • 4-07-2026, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • 4-07-2026, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • 4-07-2026, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • 4-07-2026, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
  • 4-07-2026, 11:43
    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb
  • 4-07-2026, 11:41
    Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
  • 3-07-2026, 14:23
    Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə