Bakı, 24 sentyabr.
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan birində yanğınla əlaqədar polis təxliyə tədbirlərində iştirak edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğınla bağlı ən mühüm vəzifələrdən biri – insanların təxliyəsi (evakuasiyası) polis əməkdaşlarının fəallığı ilə həyata keçirilir.
Onlar sakinlərin həyatının təhlükədən qorunması və vəziyyətin nəzarətdə saxlanılması üçün zəruri addımlar atırlar.