• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Cəmiyyət

10-10-2025, 13:34

Bakı, 10 oktyabr.

Bu gün, 10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi, həm də ictimai rifahın əsasını təşkil edir. Psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan alkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusu xüsusilə aktuallıq kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünyada təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isə psixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqol asılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən, alkoqol sinir sisteminə toksiki təsir etməklə beyində neyronların normal fəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq, yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və digər halların yaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən 45–50 faizi həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularla qarşılaşırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, alkoqolun psixoloji təsirləri yalnız fərdin emosional vəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əmək qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərin diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına alınıb.

Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və ya çox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sisteminin fəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixi pozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressiv davranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar və digər simptomlarla göstərə bilər.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqol mənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərə həkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstəriş olduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionar tibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiya prosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığorta hesabına həyata keçirilir.

Diaqnostika mərhələsində müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvi analizi, elektrolit balansının və qaraciyər funksiyalarının qiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya) və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindən qiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.

Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətini stabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixoloji təsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısını almaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar, vitamin və minerallar, antidepressantlar və psixoterapevtik dəstək tədbirləri tətbiq olunur.

Qeyd edilənlərdən əlavə, icbari tibbi sığortanın ilkin tibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün, narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu içkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyata keçirilir.

Bu xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində icra olunur.

Mütəxəssislər vurğulayırlar ki, alkoqol mənşəli psixi pozuntuların qarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir. Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stres və psixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi keçirmək və sosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur. Həmçinin alkoqol asılılığı və ya davranış dəyişiklikləri əlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqa müraciət etmək vacibdir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-03-2025, 14:50

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur

Dünya

20-06-2025, 12:15

İqlim dəyişikliyi tənəffüs problemlərinin ağırlaşmasına səbəb ola bilər - ARAŞDIRMA

Cəmiyyət

7-04-2025, 11:22

2025-ci ildə Ümumdünya Sağlamlıq Günü ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir

Dünya

14-02-2025, 10:55

Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA

Cəmiyyət

7-04-2024, 11:57

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • Сегодня, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • Сегодня, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • Сегодня, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • Вчера, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • Вчера, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • Вчера, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • Вчера, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • Вчера, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə