• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Rembo” ləqəbli şəhid komandirin anası: Oğlumla qürur duyuram

Cəmiyyət

19-10-2025, 13:02

Mominət Qaflanova: Şixamir peşə seçərkən qardaşının yolu ilə getdi
Bakı, 19 oktyabr.
2020-ci il sentyabrın 27-si... Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Şixamir Qaflanovun rəhbərlik etdiyi 40 nəfərdən ibarət şəxsi heyət Füzuli rayonunun Qaraxanbəyli kəndindəki “Ohanyan səddi”nin yarılması üçün döyüşə atılır. Cəbhənin ən möhkəm və keçilməz nöqtələrindən olan, neçə illərdən bəri ermənilərin topdağıtmaz bunker hesab etdikləri həmin sədd cəngavər döyüşçülərin çox böyük qəhrəmanlığı və rəşadəti sayəsində yerlə-yeksan edilir.

Bunun ardınca həmin dəstənin üzvləri Arazboyu əməliyyatlarda iştirak edirlər. Füzuli, Cəbrayıl və Hadrutun işğaldan azad edilməsi uğrunda 23 döyüşə qatılan “Bəbir” erməni yaraqlılarının çoxlu canlı qüvvəsini sıradan çıxarır. Şixamir Qaflanovun döyüş şücaətini görüb, onu əfsanəvi “Rembo” adlandırırlar. Dəstənin komandiri Şixamir Qaflanov uğurlu əməliyyatlardan sonra oktyabrın 19-da səhər tezdən atasına zəng edir. Narahat olmamağı, hər şeyin yaxşı olacağına inanmasını istəyir. Deyir ki, biz yaxşıyıq, özünüzə fikir verin və bizdən nigaran qalmayın, irəliləyirik.

Onun son döyüşü də elə həmin gün - oktyabrın 19-da Xocavənd rayonu istiqamətində olur. Həmin gün döyüş tapşırığına əsasən, Laçın dəhlizinə və Füzuliyə doğru istiqamətlənən strateji mövqe alınmalı idi. Döyüşdən öncə o, tabeliyində olanlara lazımi tövsiyələrini verir, ehtiyatlı olmağı tapşırır. Həmin günədək “Bəbir” Xüsusi Təyinatlı Dəstəsi bir nəfər də şəhid verməmişdi. Döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan “Rembo” - Şixamir Qaflanov dəstənin ilk şəhidi olur. Amansız döyüşlərdə komandirdən başqa baş çavuşlar - Sahib Məmmədov və Surxay Mehdiyev, çavuş Sənan Ələsgərzadə də həlak olurlar. Heç kim bu xəbərə inanmaq istəmir. Düşmənə qan udduran “Rembo” axşam saatlarında şəhidlik zirvəsinə ucalır.

Mayor Şixamir Qaflanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif edilib.

Şixamir Qaflanov 1986-cı ildə Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. O, dörd övladdan ibarət ailənin sonbeşiyi idi. Evin böyük oğlu Asif Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, onun qardaşı Qurban isə Daxili Qoşunların “Bəbir” adlı Xüsusi Təyinatlı Dəstəsində xidmət edir.

Şixamir orta məktəbi bitirəndən sonra Daxili Qoşunların Gəncədə yerləşən hərbi hissəsində hərbi xidmət keçib. Tərxis olunandan sonra 2007-ci ilin aprel ayında Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayır. Zabit olmaq arzusu ilə yaşayan Şixamir 2008-ci ildə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olur. 2010-cu ildə təhsilini başa vurub, leytenant hərbi rütbəsi alır və Zaqatalada hərbi hissədə xidmətinə davam edir. Bilik və bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə 2012-ci ilin payızında İzmirdə Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Zabit Komando” kurslarında təhsil alır. 2019-cu ildə yenidən qardaş ölkədə təşkil olunan təlimlərdə iştirak edir. Vətən müharibəsinin ilk günündən erməni işğalçılarına qarşı döyüşlərin ön cəbhəsində olub.

Təəssüf ki, cəsur Qarabağ döyüşçüsünün atası oğlunun itkisindən sonra tez vəfat edib. Anası Mominət xanım isə oğlu ilə qürur duyduğunu deyir: “Şixamir uşaqlıqdan diribaş idi. O, məktəbdə çox yaxşı oxuyurdu. Müəllimləri deyirdi ki, məktəbdə keçirilən yarışlarda onun olduğu qrup mütləq qalib gəlirdi. Onun bacarığı, zirəkliyi, dərslərini yaxşı oxuması barədə həmişə razılıq edirdilər. Peşə seçərkən qardaşı Qurbanın yolu ilə getdi, onun kimi hərbçi olmağa üstünlük verdi”.

O, qardaşı Qurban kimi Daxili Qoşunların Hərbi məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra leytenant rütbəsi alıb, Daxili Qoşunların sıralarında xidmətini davam etdirib. Qurban onunla daim əlaqə saxladığını deyir. Sentyabrın 27-də Şixamirdən mesaj aldığını xatırlayır: “Qurban, döyüş əməliyyatlarına başlamışıq. Xahiş edirəm, mənim döyüşlərdə olduğumu səndən başqa ailədə kimsə bilməsin”.

Qardaşı deyir ki, bundan sonra, təxminən, 10 gün onunla əlaqə saxlaya bilməyib: “Demək olar ki, əlaqə yox idi. Sonra hərdən zəng edib, çox qısa şəkildə özünün salamat olduğunu, hərbi əməliyyatların uğurla getdiyini deyirdi. Sonuncu zəngi oktyabrın 19-da oldu. Əhvalı çox yaxşı idi, hətta zarafat da elədi. Ovqatı o qədər yaxşı idi ki, elə bil toya gedirdi. Dedi ki, hər şey istədiyimiz kimi gedir. Sonradan öyrəndim ki, həmin gün ata-anamla, o biri qardaşımla, həyat yoldaşı ilə də çox şən əhvalda danışıb”.

Şəhidin həyat yoldaşı Solmaz isə onu belə xatırlayır: “Təzə ailə həyatı qurmuşduq. 2019-cu il iyulun 21-də toyumuz olmuşdu. Bizim ailə həyatımız cəmi 14 ay davam etdi. Lakin birgə yaşadığımız 1 ildən bir az artıq müddətdə mən özümü xoşbəxt hesab etmişəm. Olduqca mərd, dürüst idi. Adətən, hərbçilər bir qədər sərt olurlar. Lakin mən Şixamiri çox mülayim tanıdım, çox ailəcanlı idi. Öz sevgisini diqqət və qayğısını çox aşkar büruzə verirdi. Şixamir dünyasını dəyişəndə qızımız Mədinə iki ay idi ki, dünyaya gəlmişdi. Nə o, ata sevinci yaşadı, nə də qızım atasını gördü”.

Şəhid mayorun ailəsi mənzillə təmin olunub. Zaqatalanın Üçüncü Tala kəndində yaşadığı evə xatirə lövhəsi qoyulub. Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Şixamir Qaflanovun adı verilib. Onun haqqında “Bir “Bəbir” kimi…” sənədli film çəkilib. Şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-10-2025, 11:13

Bu gün Füzuli Şəhəri Günüdür

Siyasət

23-10-2024, 14:33

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Siyasət

4-11-2024, 21:18

Vətən müharibəsinin xronikası: 4 noyabr

Cəmiyyət

12-03-2025, 12:29

Vətənin, dövlətçiliyin, təhlükəsizliyin keşiyində fədakar xidmət

Cəmiyyət

23-05-2024, 11:02

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • Сегодня, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • Сегодня, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • Сегодня, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • Вчера, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • Вчера, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • Вчера, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • Вчера, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • Вчера, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə