
Bugun.tv xəbər verir ki, Bakı Gənclər Mərkəzində, Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə Yazıçı-publisist Şamil Ənvəroğlunun Qərbi Azərbaycandan deportasiyaya, Qarabağ müharibəsinə və müqəddəs şəhid ruhlarına həsr edilən “Yaşanmayan ömürlər” romanı və “Məni sevsən, elə sev ki…” şeirlər kitabının təqdimatı keçirilib.Tədbirin aparıcısı, Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova qonaqları salamladıqdan sonra Dövlət Himninin səsləndirildi. Aparıcı sonra Şamil Ənvəroğlu və onun yeni kitabları haqqında qısa məlumat verərək romanın tanıtımı ilə bağlı videoçarxı təqdim etdi. Videoçarx bitən kimi səhnəyə dəvət olunan müəllif Şamil Ənvəroğlu öncə qonaqları salamladı, sonra isə “Yaşanmayan ömürlər” romanının mövzu və məqsədi haqqında qısa məlumat verdi. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Şamil Ənvəroğlu özü haqqında və əsərlərinin ana xətti haqqında qonaqlara geniş məlumat verərək tarixi gerçəklərin ədəbi əsərlər vasitəsilə gələcək nəsillərə çatdılmasının vacibliyindən, o cümlədən, Qərbi Azərbaycandan deportasiya haqqında, Qarabağ müharibəsi və ölməz şəhidlərimiz barədə danışdı.Aparıcı Vüsalə Əmiraslanova Şamil Ənvəroğlunun romanının təhlili ilə bağlı Azərbaycan ədəbiyyatının tanınmış ədəbi tənqidçisi, istedadlı ədəbiyyatşünas və dəyərli jurnalist Əsəd Cahangiri çıxış üçün səhnəyə dəvət etdi. Əsəd Cahangir əsəri yüksək dəyərləndirdi və yazıçıya yeni uğurlar arzuladı. Daha sonra çıxış edən siyasi elmlər doktoru, professor, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, tarix üzrə fəlsəfə doktoru, millət vəkili Pərvin Kərimzadə, Azərbaycanın ictimai-siyasi xadimi, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva çıxış edərək əsərin çox aktual bir mövzuya toxunduğunu qeyd edib müəllifə uğurlar arzuladılar. YAP-ın Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev romanı oxuyub gənclərlə bərabər təhlil etdiklərini və çox bəyəndiklərini qeyd edərək əsərdən sitatlar gətirdi.Şamil Ənvəroğlunun 120 – dən çox şeirini səsləndirən tanınmış qiraətçi və aktyor Kamran Yunis, Əməkdar artist, tanınmış kino və teatr aktrisası, Prezident mükafatçısı Gülər Nəbiyeva müəllifin şeirlərindən səsləndirib tədbir iştirakçılarına əsl şeir ziyafəti bəxş etdilər.
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Ədalət Dəlidağlı Şamil Ənvəroğlunun şeirlərindən oxudu. Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair Əkbər Qoşalı yazıçıya uğurlar arzulayaraq tezliklə belə tədbirlərin Ulu Göyçədə keçiriləcəyinə olan inamı dilə gətirdi. 2021-ci ildə Əlişir Nəvainin “Nəvainin nəvaları” adlı Qiraət yarışmasında 36 ölkə qiraətçiləri arasından seçilib birincilik qazanan Müşfiqə Baləddinqızı və şair-qiraətçi Elman Baxşı səhnədə təsirli bir kompozisiya ilə çıxış etdilər.
Tədbirə dəvət olunmuş çoxsaylı Şəhid anaları adından Mehriban ana çıxış edərək çox həssas mövzuya toxunduğuna və şəhidlərimiz haqqında roman yazdığına görə müəllifə öz təşəkkürünü bildirib yeni-yeni uğurlar arzuladı. İstedadlı gənc rəssam Nicat Muxtarlı elə səhnədə çox qısa vaxt ərzində Şamil Ənvəroğlunun rəsmini çəkdi və qonaqların çox maraqla qarşıladığı bu əsəri yazıçıya hədiyyə elədi.
Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndi “Xeyriyyə qrupu” adından iş adamı Saday Hümbətov gənc yazıçıya ən xoş arzularını bildirib, kəndlərindən belə bir istedadlı gəncin çıxdığını fəxrlə dilə gətirdi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Şamil Ənvəroğlunun şeirlərini ingilis dilinə çevirib dünya ədəbiyyat dərgilərinə göndərən tanınmış tərçüməçimiz Məsmə İsmayılova müəllifin əsərlərinin xarici mətbuat orqanlarında böyük maraqla qarşılandığını qeyd edib, hər zaman ona dəstək olacağını bildirdi.Texnika üzrə fəlsəfə doktoru, neftçi, qiraətçi Əliabbas Hacıyev Şamil Ənvəroğlunun şeirlərindən səsləndirdi. Yazıçı Almaz Ərgünəş Bəyazid, gənc şairə Aysel Xanlarqızı, Vedibasarlı yazıçı Elman Fərmanoğlu çıxış edərək müəllifə uğurlar arzuladılar. Bəstəkar Yaqut Almaz isə Şamil Ənvəroğlunun şeirinə bəstələdiyi mahnılarından birini oxudu.
Xaricdə yaşayan dostların video təbriki və Hollandiyadan birbaşa tədbir üçün gələn bədii qiraətçimiz Elvira Həmidlinin möhtəşəm teatral çıxışı, Türkiyədən qonaq gələn yazıçı, filosof Orhan Çinarın yazıçı ilə bağlı düşüncələri böyük alqışlarla qarşılandı. Balaca məktəblilərin – Hüseyn və Fərman balanın Şəhidlər haqqında söylədikləri şeirlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Bədii qiraətçilər Xəyalə Muxtarqızı və Əlizamin Abdullayev öz qiraətləri ilə tədbir iştirakçılarına əsl bir poeziya gecəsi yaşatdılar.Tədbirin sonunda Şamil Ənvəroğlu tədbirə gəldiklərinə görə qonaqların hər birinə bir daha öz dərin təşəkkürünü bildirib kitabları imzaladı.
Elnarə Dərziyeva
Şamil Ənvəroğlu
Paylaşın5
əvvəlki yazı
“Real Madrid” bir il yarımdan sonra ilk dəfə “Barselona”nı məğlub etdi
növbəti yazı
Məşhur şirin içkinin təbii enerji artırıcısı olduğu aşkar edildi
Oxşar xəbərlər
Zaqatalada qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüldü
Aİ Ukraynadakı müharibə zamanı mülki təyyarələrin təsadüfi vurulması riski barədə bildirib.
ŞərhlərFacebook şərhləri
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.
Digər
“Real Madrid” bir il yarımdan sonra ilk dəfə “Barselona”nı məğlub etdi
Müəllif: Aynur Camal27 Oktyabr 2025, 8:430
Paylaşın0
İki ingilis arasında ilk dəfə keçirilən “El Klasiko”da ötürmələrin sayı 1-1 oldu.
İlk hissənin sonuna yaxın Vinisiusun ötürməsi və qapı meydançasında növbətçi olan Bellinghamın qapıya göndərdiyi Eder Militaonun fasiləsindən sonra hesab əsl Britaniya üslubunda “Real”ın xeyrinə dəyişdi.
Problem yaradan Vinisius
“Barsa” ötən mövsüm əvvəlki kimi olmadı və ya bunu yalnız ara-sıra etdi, amma bu normaldır. İspaniya qızıl medalı uğrunda yarış enerji və emosiyaları tükəndirir və Xavinin titul qazanmasından sonra da fərqli olmadı. “Real Madrid” də Ançelottinin rəhbərliyi altında iki inanılmaz mövsümdən sonra emosional fasilələr verdi. Lakin indi Madridin daha acgöz bir komandası var. Onlar həmçinin əsas rəqiblərinə qarşı qəzəblidirlər və səkkiz sələfindən yalnız Zinəddin Zidanın bacardığı işi – ilk “Klassiko”sunu qazanmağı bacaran Alonsodan yeni ideyalarla silahlanıblar.
İkinci hissənin əvvəlində top Erik Qarsiyanın əlinə düşəndə onun uğuruna şübhə ola bilməzdi. Lakin Şesni qonaqları oyunda saxlayaraq Mbappenin penaltisini dəf etdi. “Real Madrid” oyunçuları “Klassiko”da “Zubizarreta”nın “Butragenyo”ya qarşı dueldə qalib gəlməsindən bəri penaltidən səhv etməyiblər! Beləliklə, tribunalar Bellinghamın qolu ilə olduğu kimi, vaxtından əvvəl sevinclə qarşılandılar, çünki ona assist edən Brahim Diaz ofsaydda qaldı.
Hesab azaldıqca, onlar müdafiədə çox çalışmalı, Yamalı dörd nəfərlə əhatə etməli və sonda əvəzlənən Valverdenin sağlamlığı üçün narahat olmalı oldular. Həmçinin, əvəzetməsindən qəzəblənən Vinisiusun soyunma otağına getməsini izləmək emosiyalarını boşa çıxardı (o, daha sonra ehtiyat oyunçular skamyasına qayıtdı). O, sadəcə indi sol cinahda Rodriqo ilə rəqabət aparmalı olduğu ilə barışa bilmir.
Yalnız qalib həmişə haqlıdır və bazar günü qələbə Alonso oldu. Pedri sadəcə oksigen təchizatından məhrum deyildi – o, meydandan qovulana qədər oynadı. Xabi ilə Real Madrid fərqli olur. Hələ mükəmməl deyil, amma böyük potensiala malikdir. Dörddə bir əsrdə bir Klassikoda ən gənc orta yaşlı start heyəti (25 il, 15 gün) həm də ümumilikdə yeni başlayan yeni bir dövrün simvoludur. Və Barçanın gəncliyinə baxsanız, başa düşürsünüz: bu böyük rəqabət qarşıdakı illərdə çoxlu potensial olaraq möhtəşəm hekayələr vəd edir.