• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Cəmiyyət

31-10-2025, 17:16

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
31.10.2025.
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
Bakı, 31 oktyabr.

2025-ci il noyabrın 8-də Azərbaycan xalqı ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda uzun illər apardığı mübarizənin həlledici mərhələsinə yekun vurmuş Zəfər Gününü böyük milli qürur duyğusu ilə qeyd edəcəkdir. 2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

Azərbaycan beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 30 ilə yaxın dövrdə beynəlxalq hüquqa sadiq qalaraq torpaqlarını sülh yolu ilə azad etməyə çalışmışdır. Dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qərar və qətnamələri münaqişənin nizama salınması üçün hüquqi zəmin yaratmışdı. Təəssüf ki, beynəlxalq qurumlar qəbul etdikləri qərarları həyata keçirməkdə qətiyyətsizlik göstərmiş və təcavüzkarı öz adı ilə çağırmaqdan boyun qaçırmış, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarından işğalın nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistanın rəhbər vəzifəli şəxslərinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatları və hərəkətləri işğalçı dövlətin əsl niyyətlərini üzə çıxarmışdır.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatmışdır. Döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılmasını təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin uğurla yerinə yetirilərək Azərbaycan torpaqlarının işğalına son qoyulması, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Bütün dünyaya nümayiş etdirilmişdir ki, Azərbaycan haqsızlıqla barışmayan qüdrətli dövlətdir və bundan sonra heç kəs onunla güc və təzyiq dili ilə danışa bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərin həlledici amili olmuşdur. Həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadi müstəqilliyin əldə edilməsinə yönələn düşünülmüş tədbirlər sayəsində Azərbaycan maliyyə dayanıqlığı və xarici yardım olmadan müharibə aparmaq qabiliyyəti qazanmışdır. Hərbi quruculuq sahəsində zəruri addımlar atılmışdır. Müdafiə sistemində geniş miqyaslı islahatlar aparılmış, müasir peşəkar ordu yaradılmış, hərbi sənaye gücləndirilmişdir.

Suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasətin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Bütün vasitələrdən istifadə edilərək Azərbaycan torpaqlarının işğalı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır.

Xalq, iqtidar və ordu arasında möhkəm birlik yaradılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Bütün siyasi qüvvələr ərazi bütövlüyünün bərpa edilməsi ideyası ətrafında birləşmişlər.

Ölkədə yaradılmış idarəçilik modeli Azərbaycana lazımi məqamda dəqiq və qətiyyətlə hərəkət etmək imkanı vermişdir. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Bu dövlət terrorizmi aktları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Qarşı tərəfin qanlı hücumlarına və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.

Beləliklə, son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilmişdir. İşğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik, su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.

Təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına maneçilik törədir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 400-dən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Bütün bu itkilərə baxmayaraq, məhz Azərbaycan bölgədə sabitlik yaradılması və Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etmiş, sülh gündəliyinin irəliyə aparılması üçün siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirmişdir. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən tərtib olunmuşdur. Bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir. Vaşinqton razılaşmalarının daha bir önəmli yekunu isə ATƏT-in Minsk qrupunun ləğv edilməsi olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisi İkinci Qarabağ müharibəsində Qələbənin tarixi əhəmiyyətini qeyd edərək dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə edir. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyini bildirərək xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə səsləyir.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 31 oktyabr tarixli iclasında qəbul edilib).

Paylaş:
Digər xəbərlər

Siyasət

4-11-2023, 16:18

Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi ŞƏRH

Siyasət

3-04-2025, 16:45

Venesuela Bolivar Respublikası Milli Assambleyasının sədr müavini Zəfər parkını ziyarət edib

Siyasət

8-11-2023, 11:58

Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım edib

Cəmiyyət

8-11-2024, 10:38

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı

Siyasət

27-11-2024, 17:45

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Вчера, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • Вчера, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • Вчера, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • Вчера, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • Вчера, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • Вчера, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • Вчера, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • Вчера, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • Вчера, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • Вчера, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • Вчера, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • 4-07-2026, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • 4-07-2026, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • 4-07-2026, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • 4-07-2026, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
  • 4-07-2026, 11:43
    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb
  • 4-07-2026, 11:41
    Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
  • 3-07-2026, 14:23
    Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
  • 3-07-2026, 11:00
    Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 3-07-2026, 10:57
    Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair bu ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb
  • 3-07-2026, 10:54
    Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 2-07-2026, 15:31
    Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq
  • 2-07-2026, 12:52
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası
  • 2-07-2026, 12:47
    Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
  • 2-07-2026, 12:44
    Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
  • 2-07-2026, 11:13
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
  • 2-07-2026, 10:06
    Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ
  • 2-07-2026, 09:44
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
  • 2-07-2026, 09:41
    İyulun 2-si Azərbaycan Polisi Günüdür
  • 1-07-2026, 12:45
    Bakı Mühəndislik Universitetində 1142 tələbə məzun olub
  • 1-07-2026, 12:43
    İnzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları təşkil ediləcək
  • 1-07-2026, 12:42
    Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan təşkil ediləcək
  • 1-07-2026, 12:39
    Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib
  • 1-07-2026, 12:37
    Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə