• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib

Cəmiyyət

5-12-2025, 14:55

Bakı, 5 dekabr.

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusu müzakirə edilib.

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə keçirilən panel sessiyada texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov qeyd edib ki, rəqəmsal texnologiyaların, xüsusilə də süni intellektin sürətli inkişafı prosesi daha da mürəkkəbləşdirir. Bir tərəfdən süni intellekt informasiya istehsalını sürətləndirir, operativliyi artırır və media fəaliyyətinə yeni imkanlar yaradır. Digər tərəfdən isə saxta məlumatların, manipulyativ görüntü və mətn materiallarının hazırlanmasını son dərəcə asanlaşdırır. Bu isə jurnalistikanın əsas prinsipi olan dürüstlük, dəqiqlik və etibarlılığın qorunmasını çətinləşdirir.

“Artıq təqdim olunan hər bir informasiyanın doğru olub-olmadığını dəqiq müəyyənləşdirmək əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Məlumata çıxış imkanları genişlənir, ancaq doğru informasiya ilə saxta informasiyanı ayırd etmək bacarığı zəifləyir. Bu səbəbdən informasiya savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və media etikasının qorunması xüsusi prioritetə çevrilir. Bu gün dezinformasiya, sadəcə, virtual manipulyasiya deyil, ictimai şüura, davranış modellərinə, qərarvermə proseslərinə təsir edən real metod kimi istifadə olunur. Ona görə də hər iki ölkə media qurumları, mütəxəssisləri və dövlət strukturları olaraq bu sahəyə diqqətimizi daha həssas şəkildə yönəltməliyik. Birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, maarifləndirmə fəaliyyəti və yeni texnoloji təhlükəsizlik standartları formalaşdırılmalıdır”, - deyə R.İsmayılov vurğulayıb.

Gürcüstanın “Eurocracy - Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili Azərbaycan və Gürcüstanın eyni informasiya təhdidləri ilə üz-üzə olduğuna diqqət çəkərək deyib: “Xüsusilə son illərdə hər iki ölkədə dezinformasiya kampaniyalarının miqyası sürətlə genişlənir. Artıq proses tək-tək xəbərlərin manipulyasiyası səviyyəsindən çıxaraq, ictimai rəyin sistemli şəkildə formalaşdırılması üçün istifadə olunan təhlükəli alətə çevrilib”.

Aparıcı qeyd edib ki, Gürcüstanda son illərin siyasi prosesləri ilə bağlı yayılan məlumatların əksəriyyətinin dezinformasiya hədəfi olması bunun açıq şəkildə sübutudur: “Bizim televiziya qurumlarımız bu istiqamətdə illərdir mübarizə aparır və kifayət qədər təcrübə toplayıb. Lakin görünən odur ki, dezinformasiya kampaniyasının miqyası getdikcə daha da böyüyür, mövzular genişlənir və məqsədlər daha koordinasiyalı xarakter alır. Düşünürəm ki, hər iki ölkə üçün hədəf eyni olmalıdır. Belə ki, bu, informasiya təhlükəsizliyi sahəsində müdafiə mexanizmlərinin gücləndirilməsi, saxta xəbərlərin yayılma sürətini azaltmaq üçün media savadlılığının artırılması, süni intellekt vasitəsilə istehsal olunan manipulyativ kontentin tanınması və zərərsizləşdirilməsi üzrə yeni metodların tətbiqidir. Çünki cəmiyyətin doğru məlumatlandırılması bu gün milli məsələ, təhlükəsizlik prioriteti və strateji istiqamət kimi dəyərləndirilməlidir”.

Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev əlavə edib ki, medianın möhkəm, peşəkar və etibarlı ekosistem üzərində qurulması yalnız jurnalistlərin məsuliyyəti deyil, eyni zamanda, qanunvericilik bazasının düzgün işləməsi və dövlət, media, cəmiyyət münasibətlərinin aydın hüquqi çərçivəyə salınması deməkdir. Azərbaycanda media sahəsində fəaliyyət müəyyən qanun və normativ aktlarla tənzimlənir.

“Azərbaycan Respublikasının “Media haqqında” Qanunu medianın fəaliyyət prinsiplərini, jurnalistlərin hüquq və vəzifələrini, informasiya yayımının meyarlarını, redaksiya müstəqilliyi və media azadlığının hüquqi bazasını müəyyən edir. Qanun media sahəsində məlumatın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı prosedurlarını, media subyektlərinin statusunu, onların hüquq və vəzifələrini, jurnalistlərin hüquqlarını, media azadlığını, redaksiya müstəqilliyini, dövlətin media sahəsindəki öhdəliklərini müəyyən edir. Media ilə qanunlar informasiya yayımında şəffaflıq və məsuliyyətin artırılması, jurnalistlərin hüquqlarının qorunması və peşə fəaliyyətinin təminatı, dezinformasiyanın qarşısının alınması və media mühitində etimadın gücləndirilməsinə və digər sahələrə xidmət edir”, - deyə Agentliyin Hüquq şöbəsinin müdiri vurğulayıb.

Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə qeyd edib ki, “ChatGPT” operativlik baxımından media üçün böyük imkanlar yaradır. Xəbər axınının yüksək intensivlik göstərdiyi müasir dövrdə məlumatın qısa zamanda sistemləşdirilməsi, mətnlərin redaktəsi və ilkin təhlilin aparılması jurnalistə vaxt qazandırır, media subyektinin informasiya dövriyyəsində çevik qalmasını təmin edir. Bununla yanaşı, süni intellekt dil, üslub və struktur baxımından mətnin keyfiyyətinin yüksəldilməsinə kömək edir ki, bu da peşəkar təqdimatı daha səlis və oxunaqlı edir. Lakin medianın süni intellektlə əməkdaşlığı yalnız texniki üstünlüklərlə məhdudlaşmır. Bu, həm də məsuliyyət tələb edən bir prosesdir. Dezinformasiyanın sürətlə yayıldığı, vizual və mətn manipulyasiyalarının asanlıqla hazırlana bildiyi bir dövrdə süni intellekt vasitələrinin istifadəsi xüsusi etik diqqət tələb edir.

Panel sessiya müzakirələrlə davam edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

5-03-2024, 21:53

Serbiyanın Audiovizual və Elektron Media üzrə Tənzimləyici Qurumunun nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Siyasət

3-11-2025, 12:50

Avropa İttifaqı ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyasət

22-07-2024, 16:20

Şuşa Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilib YENİLƏNİB

Cəmiyyət

13-06-2024, 21:25

“Media ayı” çərçivəsində RİİB könüllüləri üçün təlimlərə başlanılıb

Siyasət

1-12-2025, 12:04

Bakı Forumu Türk dünyasının yeni media çağırışları üzrə vahid mövqeyini ifadə etdi - Ekspert rəyi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Вчера, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Вчера, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Вчера, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Вчера, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Вчера, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə