• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Cəmiyyət

13-01-2026, 12:14

Bakı, 13 dekabr.

İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, insult şübhəsi olan şəxslərdə vaxt itirmədən bir sıra müayinələr aparılır. İlkin qiymətləndirmə üçün ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beynin kompüter tomoqrafiyası (KT), beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün maqnit rezonans tomoqrafiya (MRT), beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri bilmək üçün laborator testlər aparılır. Bu müayinələr insultun işemik və ya hemorragik növü olduğunu dəqiqləşdirməyə və düzgün müalicəni seçməyə imkan verir.

Müayinələrdən sonra, ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətlərinə də üz tutulur. Bu, xəstənin bərpasının ən vacib hissəsidir. Çünki insult beynin müəyyən hissəsinə zərər vurur və nəticədə hərəkət, tarazlıq və gündəlik fəaliyyətlərdə problemlər yarana bilir. Reabilitasiya həmin itirilmiş funksiyaların yenidən qaytarılmasına və ya maksimum yaxşılaşdırılmasına xidmət edir. Sadalanan müayinə və müalicə üsulları hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Tibb müəssisələrinin axtarışı” bölməsinə daxil olmaqla xidmətlərin göstərildiyi müəssisələrlə tanış olmaq mümkündür.

İnsultun qəfil başlayan xarakterik simptomları var. Məsələn, üzün bir tərəfində qəfil sallanma, gülümsəyəndə asimmetriya, bir qolun və ya ayağın gücsüzlüyü, qaldırıla bilməməsi, nitqin anlaşılmazlığı, sözlərin düzgün deyilməməsi və ya ümumiyyətlə, danışa bilməmək, qəfil şiddətli başağrısı, başgicəllənmə, tarazlığın pozulması, hərəkətlərin koordinasiyası problemləri, görmənin birdən pisləşməsi, bədənin bir tərəfində keylik və hissiyyatın azalması.

İnsultun yaranma ehtimalını artıran tibbi və həyat tərzi amilləri var. Ən önəmlilərindən yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, xüsusilə atrial fibrilasiya, keçirilmiş insult, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, stress, düzgün olmayan qidalanma, piylənmə və hərəkətsizliyi misal göstərmək olar. Risk faktorlarının idarəolunması insultun qarşısının alınmasında mühüm rol oynayır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-06-2025, 12:42

İTSDA: Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Cəmiyyət

26-02-2024, 09:10

Ani başgicəllənmə halları insult əlaməti ola bilər

Cəmiyyət

30-01-2025, 12:34

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

18-02-2025, 11:26

Hamiləlik ağırlaşmasının müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

3-02-2025, 11:44

Podaqranın müayinə və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Сегодня, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Сегодня, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Сегодня, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Сегодня, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Сегодня, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Вчера, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə