• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması mövzusunda konfrans keçirilib YENİLƏNİB

Cəmiyyət

15-01-2026, 14:55

Bakı, 15 yanvar.

Bakı Dövlət Universitetində (BDU) “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində gördüyü işlər, verdiyi töhfələrlə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq olunub. “Bu, ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi və onun cəmiyyətin bütün sahələrində tam şəkildə işlədilməsinin təmin olunması baxımından mühüm tarixi hadisədir. Ulu Öndər gənclərimizin öz ana dilinə hörmətlə yanaşmasını daim vurğulayıb, ziyalılarla, ədəbi dil xadimləri ilə keçirdiyi görüşlərdə Azərbaycan dilinin saflığının qorunmasının, onun yad təsirlərdən uzaq saxlanmasının vacibliyini xüsusi qeyd edib. Bu uğurlu və məqsədyönlü dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Azərbaycan dilinin qorunması, onun tətbiq dairəsinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi istiqamətində qəbul edilən sənədlər dilçilik elminin inkişafına, ədəbi dil normalarının möhkəmlənməsinə, eləcə də ana dilimizin cəmiyyətin bütün sahələrində düzgün və səmərəli istifadəsinə böyük töhfə verib”, - deyə rektor bildirib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir. “Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.

Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaqdan, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir”, - deyə İcraçı direktor vurğulayıb.

Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov deyib ki, yeni informasiya çağırışları və rəqəmsallaşma prosesi Azərbaycan dilinin mediada istifadəsinə müəyyən yeniliklər gətirsə də, bu, dil normalarının pozulması ilə müşayiət olunmamalıdır. Ədəbi dil normalarına riayət edilməsi təkcə estetik məsələ deyil, eyni zamanda, hüquqi və ictimai əhəmiyyət daşıyan bir məsələdir. Bu baxımdan mediada dövlət dilinin qorunması istiqamətində müvafiq cəza sanksiyaları da mövcuddur. “Müasir media mühitində Azərbaycan dilinin saflığına təsir edən ən böyük problemlərdən biri xarici dillərdən heç bir ehtiyac olmadan dilimizə keçən və geniş şəkildə istifadə edilən sözlərdir. Bu cür halların qarşısının alınması məqsədilə Audiovizual Şura ötən ildən televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Hazırda bu monitorinqlər davam etdirilir”, - deyə F.Novruzov bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qeyd edib ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə baş verən bütün müsbət və mənfi hallar, o cümlədən dil mədəniyyətinin səviyyəsi, ilk növbədə, mediada əks olunur. Bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Dil normalarına riayət olunması, ədəbi dilin qorunması və düzgün təqdim edilməsi cəmiyyətə birbaşa təsir göstərir.

“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev qeyd edib ki, Azərbaycan dilinin qorunması məsələsinə bir çox tərəfdən yanaşmaq lazımdır. Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın şəkildə göstərir. Prezidentin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalı, hər birimiz bu yol xəritəsinə uyğun şəkildə ana dilimizin qorunmasına və inkişafına töhfə verməliyik.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli qeyd edib ki, dil, ilk növbədə, öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Kənar sözlərə ehtiyac minimuma endirilməlidir. Burada əsas məsələ balansın qorunması, dilin təbii inkişaf yolunun təmin edilməsidir. Dilin daim inkişaf etdiyinə, yeni sözlərin yarandığına və dilə daxil olduğuna diqqət çəkən professor N.Məmmədli sonda əlavə edib ki, bu proseslərin fonunda normativ baza da mütəmadi olaraq təkmilləşdirilməlidir.

“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov isə bildirib ki, televiziya efirində rast gəlinən əsas problemlər daha çox tələffüz və vurğu ilə bağlıdır. Xüsusilə xəbər buraxılışlarında xarici adların və terminlərin düzgün tələffüzü ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir. “Canlı efirdə aparıcıların danışıq mədəniyyəti və ədəbi dil normalarına əməl etməsi mühüm əhəmiyyət daşıyır. Mövcud vəziyyəti yalnız tənqid etməklə deyil, eyni zamanda, çıxış yolları göstərməklə düzəltmək mümkündür. Bu məqsədlə çatışmazlıqların aradan qaldırılması üçün “ARB 24” telekanalında mütəmadi olaraq monitorinqlər keçirilir”, - deyə R.İsmayılov vurğulayıb.

Sonda “Televiziya nitqində özünü göstərən bəzi problemlər”, “Teleradio verilişlərində xarakterik dil nöqsanları və onların aradan qaldırılması yolları”, “Gənclərdə nümunəvi nitqin formalaşmasında audiovizual media məzmununun rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

21-02-2025, 11:20

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

Cəmiyyət

1-08-2025, 12:12

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Cəmiyyət

1-08-2025, 12:17

Azərbaycanda dil siyasətinin tarixi və müasir inkişafı

Siyasət

1-08-2025, 12:02

Deputat: Müstəqil Azərbaycan dövlətinin dil siyasəti Ulu Öndərin adı ilə bağlıdır

Siyasət

3-11-2025, 15:53

Prezident İlham Əliyev: Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Сегодня, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Вчера, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə