Bakı, 24 fevral.
Günəşin fəallığı zəifləyib. Əsasən C sinif alışmalar müşahidə olunub, maksimal sinifli alışma olaraq M2.4 qeydə alınıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumata görə, Günəş küləyinin maksimal sürəti saniyədə 734 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 698 kilometrdir.
Fevralın 23-24-də C sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz olub.
Geomaqnit sahəsi – mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə başlamış G1 səviyyəli geomaqnit qasırğasının bu gün də davam edəcəyi gözlənilir.