Bakı, 9 aprel.
ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rütte ilə görüşü Birləşmiş Ştatlar liderinin müttəfiqlərinə qarşı mənfi münasibətini yumşalda bilməyib.
“Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Rütte ilə görüşdən sonra ABŞ lideri alyans daxilində Qrenlandiya ilə bağlı fikir ayrılıqlarını xatırladıb və həmçinin ABŞ-nin ehtiyac duyduğu zaman “NATO-nun köməyə gəlmədiyini” iddia edib.
Qeyd edək ki, aprelin 8-də “The Wall Street Journal” nəşri Ağ Evin İrana qarşı müharibədə Birləşmiş Ştatları dəstəkləmədikləri üçün bəzi Avropa ölkələrindən qoşunlarını çıxarmağı düşündüyünü yazmışdı.