İyulun 9-da axşam saatlarında İrəvanda hakim “Vətəndaş müqaviləsi” partiyasının Erebuni 33 ünvanındakı ofisinin yaxınlığında atışma olub.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
İrəvan Polis İdarəsindən bildirilib ki, atışma nəticəsində bir nəfər yaralanıb və o, Erebuni tibb mərkəzinə yerləşdirilib.
Odlu silahdan atəş açan şəxs, “Nor Areşen” restoranının sahibinin oğlu Q.Armen artıq saxlanılıb.
Hadisənin səbəbi barədə məlumat verilmir, lakin siyasi motivin olması da istisna edilmir.