Kiyev, 18 oktyabr.
Həlak olan 501 müdafiəçinin cəsədlərini Ukraynaya qaytarmaq mümkün olub. Bu, repatriasiya fəaliyyəti sayəsində baş verib.
Bu barədə Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının mətbuat xidmətinə istinadla xəbər verilir.
Xüsusən, Avdeyevka istiqamətində həlak olan 382 əsgərin cəsədləri, habelə 56-sı Baxmut, 45-i Maryinski, 6-sı Uqledar, 4-ü Zaporojye, eləcə də Luqansk istiqamətindən olmaqla 7 cəsəd qaytarılıb. Həmçinin 1 cəsəd Rusiya Federasiyasının morqundan qaytarılıb.
Bu, Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının, Ukrayna Təhlükəsizlik Xidmətinin Birgə Mərkəzinin, Ukrayna Daxili İşlər Nazirliyinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, eləcə də Ukrayna Silahlı Qüvvələri və Ukraynanın təhlükəsizlik və müdafiə sektorunun digər strukturlarının nümayəndələrinin səyləri sayəsində mümkün olub.
Qərargah, həmçinin repatriasiyada göstərdiyi köməyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirib.
Müdafiəçilərin cəsədləri hüquq-mühafizə orqanları və məhkəmə-tibb ekspertləri tərəfindən tanınması üçün müvafiq dövlət orqanlarına aparılacaq. Bundan sonra həlak olanlar ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.