Yanvarın 25-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 143, o cümlədən borclu şəxs qismində axtarılan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb