Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 16 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 4 patron darağı və 116 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.