Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 avtomat, 1 daraq və 6 patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.