Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.