Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də oxşar cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, K.Hüseynovdan heroin, O.İbrahimovdan isə heroin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.