Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar nəticəsində hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyənləşdirilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.