Xəbər verildiyi kimi, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kvadratmetr sahədə yanıb.
Digər mağazalar yanğından mühafizə olunub.