İmişlidə zəncirvari yol qəzası baş verib, hadisə nəticəsində üç minik maşını toqquşub.
Hadisə bu gün saat 10 radələrində İmişli şəhəri Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı "Volkswagen", "Mercedes" və “Toyota” markalı maşınlar toqquşub. Xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.