Lənkəranda yas mərasimindən qayıdan nənə və nəvələri maşın vurub.
Hadisə axşam saatlarında Yuxarı Nüvədi kəndində baş verib. Hərəkətdə olan minik avtomobili 56 yaşlı Mərziyyə Fitat qızı Ağaliyevanı və onun, 3 və 5 yaşlı nəvələrini vurub.
Hər üç piyada yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, üçyaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb. Nənə və 5 yaşlı nəvənin müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.