Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 20-də ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 29 metodon həbi və 21 kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.