Sumqayıt şəhərinin mərkəzində yerləşən ticarət mərkəzində yanğın olub. Hadisə səhər saat 05:00 radələrində 32-ci məhəllədə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov söndürülüb.
Yanğın nəticəsində təxminən 80 kvadratmetr ərazi yanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.