Bakı, 6 sentyabr.
Paytaxtın Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verib. Qeyd olunub ki, həmin səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.