Şirvan şəhərində minik və yük avtomobilləri toqquşub.
Hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili "Ford" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı xəsarət alanlar - Qarayeva Ayna Mürşud qızı və Mirzəyev Vaqif Yusif oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.