“Sumqayıt” komandası heyətini ekvadorlu futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, Xordan Resabala ilə 2024-cü ilin sonunadək müqavilə imzalanıb.
Ekvadorun “İndependyente” komandasının yetirməsi olan 24 yaşlı yarımmüdafiəçi son olaraq ölkəsinin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.