Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək.
Faiq Qarayevin rəhbərlik etdiyi komanda Xorvatiyanın Osiyek şəhərində Slovakiya seçməsi ilə qarşılaşacaq. Qradski tədris və idman zalında reallaşacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni məkanda Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.