Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.
27 yaşlı hücumçu zədəli olduğu üçün Zaqreb təmsilçisinin Avstriyadakı hazırlıq prosesində iştirak etməyəcək.
Milli komandanın heyətində Qazaxıstana qarşı keçirilmiş matçda (3:2) ayağı burxulan forvard yaxın günlərdə MRT müayinəsindən keçiriləcək.
“Dinamo”dakı gələcəyi sual altında olan futbolçu hazırda bir neçə klubla danışıqları davam etdirir.
Qeyd edək ki, Mahir Emrelinin Xorvatiya təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.