Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
N qrupunda yer alan idmançı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşıb.
Rəqibinə hər iki setdə məğlub olan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb - 0:2 (13:21, 11:21). O, ilk görüşündə dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısına uduzub – 0:2 (21:8, 21:7).
Qeyd edək ki, olimpiadada badminton yarışları iyulun 27-dən avqustun 5-dək təşkil olunacaq.